28 ilin həsrətinə
son qoyuldu
Bundan böyük xoşbəxtlik olarmı?
Bu gün özümü dünyanın xoşbəxti hesab edirəm. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edərək "Şuşa şəhəri işğaldan azad edildi, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” deyəndə sevincdən gözlərim yaşardı, ürəyim qürurla doldu.
Dövlət başçısının dilindən eşitdiyim bu şad xəbər bir anın içində 28 ilin donub buza dönmüş nisgilini əritdi, ürəyimin illərdən bəri qaysaq bağlamayan yaralarını sağaltdı. Quş qanadlı xəyalım Şuşalı çağlarıma, işğaldan sonra doğma şəhərimizdən, isti yuvamızdan, rahat ev-eşiyimizdən, qayğısız həyatımızdan ayrı düşdüyüm, rahatlıq tapmaq, ailəmi sıxıntısız yaşatmaq üçün ölkəmizi dərviş kimi dolandığım ağrılı-acılı, üzüntülü günlərə, illərə qanadlandı.
1955-ci ildə Şuşada
anadan olmuşam. 1 nömrəli
Şuşa şəhər tam orta məktəbini yüksək
qiymətlərlə bitirmişəm.
Şuşanın hər küçəsində,
hər döngəsidə
ayaq izlərim var. Dərsdən sonrakı boş vaxtlarda uşaqlarla Cıdır düzündə futbol oynamaqdan heç vaxt doymazdıq. Valideynlərim ali
təhsil almaq üçün uzağa
(o vaxt Bakı bizim üçün uzaq sayılırdı) getməyimi məsləhət
görmədilər. Xankəndidə
Azərbaycanın 60 illiyi
adına Pedaqoji İnstitutun Fizika-riyaziyyat fakültəsinə
daxil oldum. Tələbəlik illəri, hərbi
xidmət dövrü
gəlib keçdi.
Hər zaman ictimai işlərdə
fəal idim. Elə bu yol
məni Şuşa
Şəhər Komsomol
Komitəsində şöbə
müdiri vəzifəsinə
gətirdi. İctimai-siyasi işlərə artan marağımın arxasınca düşüb
Zaqafqaziya Ali Komsomol Məktəbini, sonra isə Bakı Ali Partiya Məktəbini bitirdim. Şuşa Rayon Partiya Komitəsində
təşkilat şöbəsinin
müdiri vəzifəsində
çalışdım. Müstəqillikdən sonra
Şuşa Şəhər İcra Hakimiyyəti başçısının
müavini vəzifəsinə
irəli çəkildim.
AXC hakimiyyətə gələndə isə meyarların dəyişdiyini,
işləmək üçün
biliyin, bacarığın,
təcrübənin tələb
olunmadığını görüncə,
vəzifəmdən istefa
verdim.
Atrıq
Şuşa siyasi oyunların qurbanı olaraq itirilmiş, Ermənistan silahlı qüvvələri
doğma şəhərimi
işğal etmişdi.
Şuşalılar isə ev-eşiyindən
didərgin salınıb
öz vətənində
məcburi köçkünə
çevrilmiş, ağır
məhrumiyyətlərə, əzab-əziyyətlərə düçar edilmişdilər.
Belə bir zamanda bir
müddət Bakıda
müxtəlif şirkətlərdə,
idarə və müəssisələrdə çalışıb
ailəmi çətinlik
çəkməyə qoymadım.
Amma Bakıda özümü Şuşadan
uzaqda hiss edirdim. Elə bu hiss - Şuşa cazibəsi
məni 1998-ci ildə
Bərdəyə gətirdi,
doğma yurda yaxınlaşdırdı. Uzun illər
Bərdədə müxtəlif
məktəblərdə müəllimlik
etdim. Hazırda pensiyaçıyam. Minnətdarlıqla deməliyəm ki,
Bərdə camaatı
çox istiqanlı, mehriban və qonaqpərvərdir.
Ailəm haqqında onu deyə bilərəm ki, 4 övlad - 2 oğul, 2 qız atasıyam. Uşaqlar da, həyat yoldaşım da ali təhsillidir.
Oğlum
Toğrul Türkiyədə
Tibb Universitetini bitirib. Hazırda Konya şəhərində cərrahdır. Həyat yoldaşı
türk qızıdır.
Digər oğlum Ramin də Türkiyədə
ali təhsil
alıb, iqtisadçıdır.
Qızlarım Günel və
Günay isə müəllimdirlər. Günelin həyat
yoldaşı zabitdir,
hərbi aviasiyada xidmət edir.
Şuşaya qayıdacağımız günü
səbirsizliklə gözləyirik. Öyrənmişəm ki, işğalçılar
Şuşadakı evimizi
yandırıblar. Evim
də, varım da, canım da Vətənə, Şuşaya qurban! Əsas odur ki, doğma
Şuşam düşmən
caynağından, erməni
əsarətindən xilas
edildi. Müzəffər Ali Baş Komandan
İlham Əliyev, qəhrəman Azərbaycan
əsgəri şanli
bir tarix yazdı. İgid oğullarımızın Şuşa uğrundakı
döyüşlərdə göstərdiyi şücaət
və fədakarlıq
bütün dünyanı
heyran qoydu.
Bir daha əvvəldə söylədiyim fikrə qayıdaraq demək istəyirəm ki, biz bu gün, sözün
bütün mənalarında,
xoşbəxtik ki, belə qətiyyətli Prezidentimiz, cəmi 44 gün ərzində düşməni darmadağın
edib diz çökdürən şanlı
və qüdrətli Odrumuz var. Xoşbəxtik ki, bu gün
xalq-dövlət birliyi
sarsılmaz və yenilməzdir. Xoşbəxtik ki, Qarabağın
Azərbaycan olduğunu
uca səslə dünyaya bəyan etdik və bunu
döyüş meydanında
canımız, qanımız
bahasına sübuta yetirdik.
Yusif İSMAYILOV,
Şuşa şəhər sakini
Azərbaycan.-2020.- 26 noyabr.- S.6.