İLHAM ƏLİYEV
HÜNƏRİ
Nə böyük xoşbəxtlikdir İlham Əliyev kimi möhkəm iradəli, qətiyyətli, uzaqgörən, müdrik və cəsarətli Prezidentin rəhbərlik etdiyi ölkədə yaşamaq!
Fəxr edirik ki, vədinə sadiq, əməlində düz, dediyini edən Prezidentimiz var!
İlham Əliyev dövlət başçısı seçildiyi gündən indiyədək verdiyi bütün sözləri ləyaqətlə yerinə yetirib!
Demişdi ki, bir qarış torpağımızı belə düşmənə güzəştə getməyəcəyik!
Demişdi ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyik!
Demişdi ki, məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar!
Demişdi ki, "Qarabağ Azərbaycandır!"
Dediklərinin hamısını etdi!
Cəsarətlə!
Hünərlə!
Şücaətlə!
Özünəməxsus qəhrəmanlıqla!
Bəli, cənab İlham Əliyev xüsusi hünər sahibidir!
***
İlham Əliyev hər bir azərbaycanlıya, hər bir azərbaycansevərə sonsuz fərəh və xoşbəxtlik sevincini gətirən bu zəfərə bizi inadla, ardıcıllıqla, düşünülmüş və hesablanmış siyasət yeritməklə, addımlar atmaqla gətirdi!
Səbrlə, dönmədən, dayanmadan, ən çətin maneə və əngəlləri dəf edə-edə gətirdi!
Azərbaycanı ucaltmaqla, dünyada tanınıb söz sahibinə çevirməklə, dünya ictimaiyyətini xalqımızın haqq işinə inandırmaqla gətirdi!
Ən nəhayət, özü də ucalaraq, müasir dünyanın tanınmış, ən mötəbər qurumlarına uğurla sədrlik etməyi bacaran dünya miqyaslı siyasi liderə çevrilməklə gətirdi!
***
Azərbaycan ilk dəfə 1918-ci ildə - müstəqillik yoluna qədəm qoyduğu gündən torpaq itkisinə məruz qalıb!
Öz dövlətini yaratmaq xatirinə kənardan gələn özgə millətlərə "torpaq payı" verməli olub!
Arxalı
köpək qurd basar - demişlər!
Köpəyin qudurmuşu isə
daha pis olur!
Çörək verənini, qapısında
saxlayanını dalamağa
başlayır.
Torpaqlarımız hesabına özünə
dövlət quran xain xislətli ermənilərin iştahası
getdikcə artırdı. Sovet hakimiyyəti
simasında özünə
yeni ağa taparaq 1948-1953-cü illərdə
minlərlə azərbaycanlını
dədə-baba torpaqlarından
çıxarmaqla qədim
ərazilərimizin daha
bir hissəsini ələ keçirdilər.
İkinci dəfə dövlət müstəqilliyi qazanılanda
- ötən əsrin
doxsanıncı illərinin
əvvəllərindən Azərbaycana
maymaq, qətiyyətsiz,
təcrübəsiz və
səriştəsiz insanlar
başçılıq etməyə
başlayanda əllərinə
yeni fürsət düşdü.
Havadarlarına güvənərək qısa
müddətdə Dağlıq
Qarabağı və ətrafındakı daha yeddi rayonu işğal
etdilər.
Sonra 27 il işğal
dövrü davam etdi...
Həmin
27 il mənasız
danışıqlar, atəşkəsin
vaxtaşırı pozulması,
şəhidlər verilməsi
və bütün bunların səbəbkarı
olan erməni həyasızlığı və
ikili standartlarla yadda qaldı...
Bu 27 ilin 17 ili
cənab İlham Əliyevin Prezidentliyi dövrünə düşür.
Əslində, hadisələrin gedişi,
tarixin gərdişi torpaqların azadlığı
missiyasını da cənab İlham Əliyevin üzərinə
qoymuş oldu!
Məlum
səbəblərdən itirdiyimiz
torpaqları geriyə
qaytarmaq axan çayı tərsinə
axıtmaqdan daha çətin idi...
Amma İlham Əliyev bunu bacardı!
Özünün polad iradəsi,
uzaqgörən siyasəti,
yorulmadan çalışması,
düşünülmüş və hesablanmış addımları, cəsarətli
və qətiyyətli
fəaliyyəti ilə
reallaşdırdı!
Sözün həqiqi mənasında
böyük hünər,
qəhrəmanlıq göstərdi!
Həmin
on yeddi il
ərzində gördüyü
işləri, həyata
keçirdiyi tədbirləri
son nəticədə bu
məqsədin gerçəkləşdirilməsinə
müvəffəqiyyətlə yönləndirdi!
Düşmənin öz xoşuna, sülh danışıqları
yolu ilə torpaqları geri qaytarmayacağı bəlli
idi.
MÜHARİBƏ
ÜÇÜN İSƏ:
* güclü dövlət və güclü iqtisadiyyat;
* fəal və
çevik diplomatiya;
* beynəlxalq qurum və təşkilatlarla
səmərəli iş
tələb edirdi;
ÜSTƏLİK:
* dünyanın aparıcı dövlətlərinin
maraqları ilə Azərbaycanın maraqlarının
uyğunlaşdırılmasını;
* Ermənistanı açıq-aşkar
müdafiə edən
dövlətlərin zərərsizləşdirilməsini;
* düşmənin səhvlərinin özünə
qarşı yönəldilməsini;
* ölkəmizin dostlarının, haqq işimizi müdafiə edənlərin sayının
artırılmasını;
* ən nəhayət,
güclü və
modern ordu yaradılmasını
şərtləndirirdi!
İlham
Əliyev bu vəzifələrin öhdəsindən
böyük məharətlə
gəldi!
Ancaq Ali Baş
Komandanımız torpaqların
azad edilməsini hərbi müstəviyə
keçirməyə tələsmirdi.
Paşinyanın Ermənistan rəhbərliyinə
gəlişi ilə daha da həyasızlaşan
düşmən artıq
həqarətə, açıq
şəkildə danışıqlar
prosesini pozmağa başlamışdı.
Əslində, Ermənistanın baş naziri "Qarabağ Ermənistandır” - deməklə
torpaqları işğaldan
azad etmək niyyətində olmadıqlarını
nümayiş etdirdi.
Cənab İlham Əliyev yenə səbir və təmkin göstərdi, dəfələrlə
BMT-yə, ATƏT-ə, münaqişənin
sülh yolu ilə həllinə kömək edə biləcək qurum və təşkilatlara müraciət etdi.
Faydası olmadı!
Bu dəfə Ali Baş Komandanımız yeni ərazilərimizi ələ
keçirmək niyyəti
ilə təmas xəttində və sərhədimizdə təxribatlara
əl atan düşmənə Azərbaycan
Ordusunun gücü ilə 2 dəfə -
2016-cı ilin aprelində
və 2020-ci ilin Tovuz istiqamətindəki döyüşlərdə dərs
verdi.
Amma Ermənistan həmin dərslərdən nəticə
çıxarmadı!
Növbəti təxribatda isə
Ali Baş Komandanımız
"irəli” əmrini
verdi!
***
Bu gün İlham Əliyev öz əli ilə dünyada əllinci, MDB məkanında isə ikinci sayılan bir ordu yaradıb!
Müasir,
modern, güclü ordu!
Ordunu ən yeni texnologiyalara əsaslanan silahlarla silahlandırıb.
Yüksək təhsilli, peşəkar,
öz işini dərindən bilən zabit heyəti və vətənpərvər
əsgərlərlə komplektləşdirib.
Orduda yüksək
vətənpərvərlik və döyüş ruhu yaradıb.
Bu ordu əks-hücuma başlayanda heç ki
m onun bu qədər
uğurlu və müasir əməliyyatlar
keçirə biləcəyini
güman etmirdi.
Bəli,
Azərbaycan əsgəri
düşmənin ən
uzaq və əlçatmaz mövqelərinə
belə dəqiq, dağıdıcı zərbələr
endirir, atəş nöqtələrini və
istehkamlarını yerlə
yeksan edirdi!
Düşmən göydən başına
yağan od-alov qarşısında bayrağını,
döyüş texnikasını,
sursatını ataraq vahimə içində qaçırdı.
İnformasiya müharibəsində də
cənab İlham Əliyev hamıdan öndə gedirdi, bu cəbhənin də bütün ağırlığını öz üzərinə götürmüşdü.
Hərbi əməliyyatların davam
etdiyi dövrdə bütün dünyaya yayımlanan ən məşhur televiziya kanallarına Azərbaycanın
haqq işini, ədalətli mübarizəsini
əks etdirən müsahibələr verir,
əsil həqiqətləri
söyləyirdi.
Xalqımıza atılan böhtanları,
deyilən yalanları
ifşa edir, Ermənistanın faşist
xislətini konkret faktlarla göstərirdi!
Azərbaycanı öz maraqları
naminə günahkar çıxarmaq istəyənləri,
bu mübarizənin və müharibənin mahiyyətini təhrif etməyə can atanları
qətiyyətlə yerində
oturdurdu!
Çoxdan həsrətlə gözlədiyimiz
qələbə müjdələrini
də məhz Prezident İlham Əliyevin dilindən eşidir, onun Twitter səhifələrindən oxuyurduq.
Cənab İlham Əliyevin xalqa müraciətləri,
hər bir çıxışı hər
birimizin ürəyindən
xəbər verir, yüksək emosionallığı,
hədəfi vuran fikirləri, üslub və intonasiyası ilə ruhumuza su səpir, ürəyimizdən tikan çıxarırdı.
İlham Əliyevin belə çıxış və
müraciətləri orduya
yeni güc və qüvvət, xalqa böyük ruh yüksəkliyi və əminlik bəxş edirdi.
Eyni vaxtda üç cəbhədə döyüşmək,
üç istiqamətdə
çarpışmaq və
hər üçündə
də uğur və müvəffəqiyyət
qazanmaq hər rəhbərə və sərkərdəyə nəsib
olmayan hünərdir!
Vətənpərvər insanlara xas olan hünər!
***
İlham
Əliyev indiyədək
beynəlxalq
aləmdə yaradılmağa
cəhd göstərilən
bir sıra stereotipləri də darmadağın etdi.
Ermənipərəst qüvvələr
və erməniləri
müdafiə edənlər
sübut etməyə
çalışırdılar ki, münaqişənin hərbi yolla həlli variantı yoxdur!
Ali Baş Komandan İlham Əliyev isə Azərbaycan xalqının Vətən
müharibəsində sübuta
yetirdi ki, münaqişə əslində
hərbi yolla daha sürətlə həll oluna bilərmiş!
O halda sülh yolu məqbul olardı ki, Ermənistan silahlandırılmasın,
müxtəlif üsul
və vasitələrlə
müdafiə olunmasın,
torpaqları işğalda
saxlamaqda ona açıq və gizli dəstəklər verilməsin!
Ermənilərlə təkbətək
döyüşən Azərbaycan
çox qısa müddətdə və böyük şücaətlə
30 ildə ATƏT-in yarada
bilmədiyi sülhə
şərait yaratdı
və boşalda bilmədiyi torpaqları boşaltdı!
Bu isə İlham Əliyevin diplomatik məharəti və müharibə aparmaq bacarığı sayəsində
mümkün oldu!
İlham
Əliyev tarixin qarşıya qoyduğu vəzifəni yerinə yetirdi!
İlham
Əliyev haqqı-ədaləti
bərpa etdi!
İlham Əliyev Azərbaycan xalqına şərəfli anlar, şərəfli dəqiqələr, şərəfli günlər yaşatdı!
EYNİ ZAMANDA:
İlham Əliyev ATƏT-in Minsk qrupunun 30 ildə görə bilmədiyi işləri çox qısa müddətdə gördü.
İlham Əliyev BMT-nin 4 qətnaməsini təkbaşına, uğurla icra etdi.
İlham Əliyev 30 illik söz-söhbətə, qalaq-qalaq icrasız qalan sənədlərə, standart açıqlamalara, boş və mənasız görüşlərə, erməni tirpaşlığına bir həmlə ilə son qoydu!
Erməni işğalçılarını Azərbaycandan iti qovan kimi qovdu!
İlham Əliyev hünəri bax, budur!
İlham Əliyev həm də Ulu Öndərimizin "Mən ona özüm qədər inanıram və əminəm ki, mənim sona çatdıra bilmədiyim işləri o uğurla başa çatdıracaqdır” sözlərini, xalqımızın etimad və etibarını tamamilə doğrultdu!
EŞQ OLSUN HÜNƏRVƏR, QƏHRƏMAN ALİ BAŞ KOMANDANIMIZA!
QARABAĞ BİZİMDİR!
QARABAĞ AZƏRBAYCANDIR!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2020.- 27 noyabr.- S.1;3.