Natali Qule: “Senatın
qəbul etdiyi qətnamənin heç bir əhəmiyyəti
yoxdur”
"Mən bu qətnamə təklifini qəbul etmirəm. Bu təklif tarixi, siyasi və diplomatik baxımdan aydın deyil. Düşünürəm ki, bu, yalnız erməni lobbisinin məmnunluğu üçündür və heç bir əhəmiyyəti yoxdur."
Bu
fikriləri AzərTAc-a açıqlamasında Fransa
Senatının üzvü Natali Qule deyib.
Natali Qule bildirib ki, Fransa Minsk qrupunun həmsədri kimi neytral olmalıdır, lakin Ermənistanın tərəfini tutur. Bu, yolverilməzdir. Əsas təəccüb doğuran məqamlardan biri də Azərbaycana aid olan qətnamədə Türkiyəyə qarşı da hücumların olmasıdır.
Senatın üzvü qeyd edib ki,
bu ədalətsiz qətnamənin heç bir nəticəsi
olmayacaq. Fransa mövcud olmayan bir “respublika”nı tanımayacaq. Heç Ermənistanın özü
bu qondarma
“respublika”nı tanımayıb.
Natali
Qule bildirib ki, qətnamənin qəbul olunmasının digər
səbəblərindən biri də bəzi senatorların
çoxsaylı erməni elektoratının olmasıdır. Qətnamənin
lehinə səs verən senatorların çoxu
Qarabağı xəritədə göstərə bilməzlər,
çünki onlar heç bilmirlər o
haradadır. BMT-nin qətnamələrində
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
işğal edilmiş
ərazilərini tərk etməsi tələb olunurdu,
lakin heç kim tərpənmirdi. Otuz il davam edən
münaqişəyə etinasız olan, onunla maraqlanmayan siyasətçilər
Rusiyanın iştirakı ilə atəşkəsə nail olunandan sonra sanki “qəflət yuxusundan ayıldılar”.
Azərbaycan.-2020.- 27 noyabr.- S.3.