Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Heydər oğlu Əliyevə
Hörmətli
cənab Prezident.
Rusiya
Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi,
Rusiya Müftilər Şurası adından və şəxsən
öz adımdan Sizi səmimi salamlayır, Sizə sülh, Ulu
Tanrının mərhəmətini və şəfqətini
diləyir, Dağlıq Qarabağda müharibənin
dayandırılması barədə Bəyanatın
imzalanması və uğurla yerinə yetirilməsi münasibətilə
təbrik edirəm.
Mən bir din xadimi kimi, ilk növbədə, hərbi əməliyyatların başa çatması, atəşkəsin bərqərar olması və qan tökülməsinə son qoyulması, habelə köçkünlərin əvvəl işğal edilmiş ərazilərə qayıtması üçün şərait yaradılmasını yüksək qiymətləndirirəm. Bu Bəyanat beynəlxalq aləmdə tanınmış hüquqi normalar çərçivəsindədir və BMT Təhlükəsizlik Şurasının daha əvvəl qəbul edilmiş qətnamələrinə uyğundur. Bu, həmçinin Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan və Ermənistan tərəfləri arasında Bəyanatın könüllü şəkildə imzalanması ilə münaqişənin həll edilməsi faktı Dağlıq Qarabağ regionunun gələcəyinin prinsipial və mübahisəsiz həlli üçün möhkəm təməl olmalı, Dağlıq Qarabağın davamlı inkişafını, onun sakinlərinin təhlükəsizliyini və hüquqlarını təmin etməlidir.
Böyük sevinclə qeyd edirəm ki, Azərbaycan və bütün Azərbaycan xalqı Sizin müdrik rəhbərliyinizlə bu böyük sınaqdan uğurla çıxdı. Respublikanın dövlət hakimiyyəti ona həvalə edilmiş vəzifələri öz xalqı və bütün beynəlxalq birlik qarşısında şərəflə yerinə yetirdi. Münaqişənin sülh yolu ilə nizamlanmasında Rusiya Federasiyasının və şəxsən Vladimir Putinin həlledici rolunu da təbii, tarixi və mənəvi baxımdan haqlı hesab edirəm.
Ulu Tanrıya dua edirəm ki, Azərbaycan Respublikasında və bütün Cənubi Qafqaz regionunda sülh, qarşılıqlı anlaşma, firavanlıq bərqərar olsun. Bunun vacib şərti dini hüquq və azadlıqlara riayət edilməsi, bütün məzhəblərə məxsus insanların mənəvi ehtiyaclarına, müxtəlif dini ənənələrin, məbədlərin qorunub saxlanmasına və sərbəst fəaliyyətinə diqqət yetirilməsidir. Mən həm də tarixi və mədəni abidələrin, o cümlədən Uca Allaha qədim ibadət yerlərinin qaytarılması münasibətilə azərbaycanlı müsəlman qardaşlarımızın sevincinə böyük məmnuniyyətlə qoşuluram. Əminəm ki, bütün ibadət yerləri bərpa olunacaq və Müqəddəs Quranda bizə vəsiyyət edilən böyük ümumi işə xidmət edəcək: "Allahın köməyi və zəfər gəldiyi zaman və insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman, Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!”.
Hörmətlə
və səmimi dualarla,
Müfti şeyx Ravil Qaynutdin,
Rusiya Federasiyası Müsəlmanlarının
Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri,
Rusiya Federasiyasının Prezidenti
yanında Dini Qurumlarla Qarşılıqlı Əlaqə
Şurasının üzvü
Azərbaycan.-2020.- 27 noyabr.- S.3.