Azərbaycan Fransaya nota verdi
Noyabrın 26-da Fransanın Azərbaycandakı
səfiri Zakari Qros Xarici İşlər
Nazirliyinə çağırılıb.
XİN-dən "Report"a verilən məlumata görə, görüşdə
bu ilin 25 noyabr tarixində Fransa Senatı tərəfindən “Dağlıq
Qarabağ Respublikasının
tanınması zərurəti”
adlı qətnamənin
qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyinin etiraz notasını səfirə
təqdim edilib.
Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi,
Helsinki Yekun Aktı,
BMT Təhlükəsizlik Şurasının
1993-cü il tarixli müvafiq qətnamələrinə
zidd olan Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa səfirinin
diqqətinə çatdırılıb.
Fransa səfiri
Azərbaycan XİN-in mövqeyinin
Parisin diqqətinə
çatdırılacağını bildirib.
Azərbaycan.-2020.- 27 noyabr.- S.4.