“Azərbaycan
Respublikasının Əmək Məcəlləsində,
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili
(xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri
haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər
təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin
hüquqları haqqında” və “Ümumi
təhsil haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2020-ci il 6 oktyabr tarixli 185-VIQD
nömrəli Qanununun tətbiqi və Azərbaycan
Respublikası Prezidentinin “Sağlamlıq
imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” 2001-ci il
19 iyun tarixli 540
nömrəli, “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” 2004-cü il
12 aprel tarixli 48
nömrəli, “Təhsil haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” 2009-cu il 5 sentyabr
tarixli 156 nömrəli, “Məktəbəqədər
təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli
585-VQ nömrəli Qanununun tətbiqi barədə”
2017-ci il 19 iyun tarixli 1471 nömrəli,
“Peşə təhsili haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli
Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyun tarixli
140 nömrəli, “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 12 iyun tarixli
1189-VQD nömrəli Qanununun tətbiqi
haqqında” 2018-ci il 5 iyul
tarixli 164 nömrəli və “Ümumi təhsil haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli
Qanununun tətbiqi barədə” 2019-cu il 27 may tarixli
711 nömrəli fərmanlarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Əmək
Məcəlləsində, "Sağlamlıq imkanları
məhdud şəxslərin
təhsili (xüsusi təhsil) haqqında”,
"Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında”, "Təhsil haqqında”,
"Məktəbəqədər təhsil haqqında”,
"Peşə təhsili
haqqında”, "Əlilliyi
olan şəxslərin
hüquqları haqqında”
və "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 6 oktyabr tarixli 185-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Sağlamlıq imkanları
məhdud şəxslərin
təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası
Qanununun 1.0.17-ci və
12.3-cü maddələrində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Qanunun
1.0.17-ci və 12.3-cü maddələrində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;
1.3. "Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında” Azərbaycan Respublikası
Qanununun 5.4.10-cu maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.4. həmin Qanunun
5.4.10-cu maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil
Nazirliyi nəzərdə
tutulur;
1.5. "Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun 19.20-ci, 32.3.13-cü, 36.5-ci və 41.1-ci maddələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.6. həmin Qanunun
19.20-ci, 32.3.13-cü (ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi
üzrə), 36.5-ci və
41.1-ci maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;
1.7. həmin Qanunun
32.3.13-cü (ümumi təhsil
pilləsində təhsilalanların
yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi istisna
olmaqla) maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil
Nazirliyi nəzərdə
tutulur;
1.8. "Məktəbəqədər təhsil
haqqında” Azərbaycan
Respublikası Qanununun
12.1-1-ci maddəsinin dördüncü
cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.9. həmin Qanunun
12.1-1-ci maddəsinin dördüncü
cümləsində "orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Təhsil Nazirliyi nəzərdə tutulur;
1.10.
"Peşə təhsili
haqqında” Azərbaycan
Respublikası Qanununun
12.3-1-ci maddəsinin ikinci
cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.11. həmin Qanunun
12.3-1-ci maddəsinin ikinci
cümləsində "orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Təhsil Nazirliyi nəzərdə tutulur;
1.12.
"Ümumi təhsil
haqqında” Azərbaycan
Respublikası Qanununun
13.8-ci maddəsinin ikinci
cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.13. həmin Qanunun
13.8-ci maddəsinin ikinci
cümləsində "orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Təhsil Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun
31.5-ci maddəsinə uyğun
olaraq, ümumi təhsil müəssisələrinin
Azərbaycan Respublikasına
gətirdiyi avadanlıq,
cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə
digər vasitələrə
münasibətdə güzəşt
və imtiyazların tətbiqinə dair təkliflərini üç
ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. "Azərbaycan Respublikasının
Əmək Məcəlləsində,
"Sağlamlıq imkanları
məhdud şəxslərin
təhsili (xüsusi təhsil) haqqında”,
"Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında”, "Təhsil haqqında”,
"Məktəbəqədər təhsil haqqında”,
"Peşə təhsili
haqqında”, "Əlilliyi
olan şəxslərin
hüquqları haqqında”
və "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 6 oktyabr tarixli 185-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. "Sağlamlıq imkanları
məhdud şəxslərin
təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19
iyun tarixli 540 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹ 7, maddə 477; 2012, ¹ 12, maddə 1270; 2017, ¹ 7, maddə
1330; 2018, ¹ 10, maddə 2019; 2020, ¹ 7, maddə 876) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 2.1-ci
bənddə "5.0.1-ci, 11.1-ci” sözləri "1.0.17-ci, 5.0.1-ci, 11.1-ci,
12.3-cü” sözləri ilə
əvəz edilsin;
3.2. 2.2-ci
bənddən "12.3-cü,” sözləri çıxarılsın;
3.3. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
"2.2-1. həmin Qanunun
1.0.17-ci və 12.3-cü maddələrində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;”.
4. "Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
12 aprel tarixli 48 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 4, maddə 228; 2005, ¹ 8, maddə 708, ¹ 9, maddə
801, ¹ 12, maddə 1103; 2006, ¹ 12, maddə 1034; 2008, ¹ 2, maddə
54; 2012, ¹ 1, maddə 6; 2013, ¹ 12, maddə 1529; 2014, ¹ 2, maddə
103; 2016, ¹ 3, maddə 465, ¹ 9, maddə 1464, ¹ 10, maddə
1637; 2017, ¹ 5, maddə 846, ¹ 9, maddə 1653, ¹ 10, maddə
1803, ¹ 12 (I kitab), maddə
2319; 2018, ¹ 12, maddə 2614; 2019, ¹ 2, maddə 211; 2020, ¹ 8, maddə
1029) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci
bəndə "5-1.1-ci
" sözlərindən əvvəl "5.4.10-cu,” sözləri
əlavə edilsin;
4.2. aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:
"2.7-1. həmin Qanunun
5.4.10-cu maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil
Nazirliyi nəzərdə
tutulur;”.
5. "Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009,
¹ 9, maddə 685; 2012, ¹ 3, maddə
197, ¹ 4, maddə 289, ¹ 6, maddə
532; 2016, ¹ 1, maddə 76, ¹ 11, maddələr 1804, 1828, ¹ 12, maddə
2086; 2017, ¹ 7, maddə 1360, ¹ 10, maddə 1800, ¹ 12 (I kitab), maddə 2313; 2018, ¹ 2, maddə
216, ¹ 12 (I kitab), maddə
2545; 2019, ¹ 5, maddə 848, ¹ 7, maddə 1229, ¹ 8, maddə
1398; 2020, ¹ 5, maddə 549, ¹ 7, maddə 868) aşağıdakı
dəyişikliklər edilsin:
5.1. 2.1-ci
bənddə "20.2-ci maddəsində”
sözləri "19.20-ci və
20.2-ci maddələrində” sözləri ilə əvəz edilsin və həmin bəndə "36-1.1-ci” sözlərindən
əvvəl "32.3.13-cü, 36.5-ci,” sözləri, "36-2.2-ci” sözlərindən
sonra ", 41.1-ci” sözləri
əlavə edilsin;
5.2. 2.2-ci
bənd üzrə:
5.2.1.
"32.3.13-cü (ümumi təhsil
pilləsində təhsilalanların
yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi üzrə),
36.3-cü, 36.5-ci, 41.1-ci maddələrində”
sözləri "36.3-cü maddəsində” sözləri
ilə əvəz edilsin;
5.2.2.
"26.5-3-cü,” sözlərindən sonra "32.3.13-cü (ümumi
təhsil pilləsində
təhsilalanların yekun
attestasiyası ilə
bağlı biliyin yenidən qiymətləndirilməsi
üzrə), 36.5-ci,” sözləri,
"21.2-1-ci” sözlərindən əvvəl "19.20-ci maddəsində,”
sözləri, "36-2.2-ci” sözlərindən sonra
", 41.1-ci” sözləri əlavə edilsin;
5.2.3.
"və peşə
təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə)
müəssisələrində” sözləri "müəssisələrində
(ümumi təhsil üzrə təhsilverənlərə
münasibətdə digər
dövlət təhsil
müəssisələrində)” sözləri ilə,
"və peşə
təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə)
müəssisələrinin” sözləri "müəssisələrinin
(ümumi təhsil üzrə təhsilverənlərə
münasibətdə digər
dövlət təhsil
müəssisələrinin)” sözləri ilə əvəz edilsin;
5.3.
2.3-cü bənddən "32.3.13-cü (ümumi təhsil pilləsində təhsilalanların
yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi istisna
olmaqla),” sözləri
çıxarılsın və
həmin bəndə
"36-1.3-cü” sözlərindən əvvəl "32.3.13-cü (ümumi
təhsil pilləsində
təhsilalanların yekun
attestasiyası ilə
bağlı biliyin yenidən qiymətləndirilməsi
istisna olmaqla),” sözləri əlavə
edilsin;
5.4. 2.12.1-ci yarımbənddə
"üzrə səlahiyyətləri”
sözləri ", eləcə
də yenidən təşkili və ləğvi üzrə səlahiyyətlərini” sözləri
ilə əvəz edilsin.
6. "Məktəbəqədər təhsil
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 19
iyun tarixli 1471 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 6, maddə 1087; 2018, ¹ 4, maddə 700, ¹ 10, maddə
2018; 2020, ¹ 5, maddə 699) aşağıdakı
dəyişikliklər edilsin:
6.1. 2.1-ci
bəndə "vəzifələri”
sözündən sonra
"və həmin Qanunun 12.1-1-ci maddəsinin
dördüncü cümləsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini” sözləri
əlavə edilsin;
6.2. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:
"2.5-1. həmin Qanunun
12.1-1-ci maddəsinin dördüncü
cümləsində "orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Təhsil Nazirliyi nəzərdə tutulur;”.
7. "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1230; 2019, ¹ 5, maddə 841; 2020, ¹ 7, maddə 893) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2.1-ci bənddə "və 24.3-cü maddələrində” sözləri "maddələrində, 12.3-1-ci maddəsinin ikinci cümləsində və 24.3-cü maddəsində” sözləri ilə əvəz edilsin;
7.2. 2.2-ci bənddən "10.10-cu,” sözləri çıxarılsın;
7.3. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
"2.3-1. həmin Qanunun 12.3-1-ci maddəsinin ikinci cümləsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;”.
8. "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7 (I kitab), maddə 1450) 3.5-ci bəndi ləğv edilsin.
9. "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 5, maddə 863; 2020, ¹ 7, maddə 868) aşağıdakı dəyişikliklər edilsin:
9.1. 1.1.3-cü yarımbənd ləğv edilsin;
9.2. 2.1-ci və 2.4-cü bəndlərə "13.5-ci,” sözlərindən sonra "13.8-ci,” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 noyabr 2020-ci il
Azərbaycan.-2020.- 27 noyabr.- S.6.