Ən böyük demokrat lider İlham Əliyevdir
Demokratiyanı öldürənlər, onu
təsir mexanizminə
çevirib başqalarının
başının üstündə
qılınc kimi oynadanlar məhz demokratiyadan daha çox dəm vuran böyük dövlətlərdir. Biz bunu
öz dövlətimizə,
Azərbaycana uzun müddət göstərilən
münasibətdə və
haqq mübarizəmizə
yanaşmalarda aydın
görürük.
Bu gün Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan cənab İlham Əliyevin vətən, xalq, haqq-ədalət yolunda, torpaqlarımızın
azadlığı uğrunda
apardığı mübarizəyə,
ordumuzun şanlı qələbəsinə mane olmağa
çalışan qüvvələr
az deyil. Bəzi dövlətlər demokratiyadan
təsir vasitəsi kimi istifadə edərək müstəqil
dövlətlərin daxili
işlərinə qarışır,
mənafeyi təmin olunmadığı halda müxtəlif yollarla qarşıdurmalar, münaqişələr
yaradırlar. Bəzilərinə görə, Azərbaycan müstəqil dövlət
olsa da, guya hələ də demokratik ölkə imici qazanmamışdır. Səbəbi də Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin müstəqil siyasət yürütməsi,
heç kimin diktəsi ilə işləməməsidir.
Azərbaycandan fərqli olaraq, Ermənistan dövlətinin
və ölkə vətəndaşlarının əksəriyyətinin nəzərlərində
demokratiya - təcavüzdür,
xəyanətdir, terrordur,
öldürmək, araqarışdırmaqdır. Ermənilər və havadarları üçün bu siyasi fəaliyyət tərzidir. Əgər belə olmasaydı,
uzun illər fəaliyyət göstərən
və minlərlə insanı məhv edən erməni terror təşkilatlarının, siyasi
partiyaların bəşəriyyətə
zidd əməllərinə
vaxtında qiymət verilər, bir çox sui-qəsdlərin,
ölümlərin qarşısı
vaxtında alınardı.
Başqalarını demirəm, erməni
daşnaklarının, faşistlərinin
xalqımızın başına
gətirdikləri faciələr
- soyqırımlar, sui-qəsdlər,
vəhşiliklər haqda
əldə minlərlə
faktlar, sənədlər
vardır. Uzun illər
Azərbaycan torpaqlarının
20 faizi işqal altında saxlanıldı,
bir milyon soydaşımız qaçqın
və köçkün
həyatı yaşadı,
əzab-əziyyət çəkdi.
BMT Təhlükəsizlik Şurasının,
ATƏT-in, Qoşulmama Hərəkatının,
İslam Əməkdaşlıq
Təşkilatının mühüm
qərar və qətnamələrinə erməni
təcavüzkarları məhəl
qoymadılar, işğal
etdikləri əraziləri
boşaltmaq əvəzinə,
əksinə, həmin
torpaqlarda məskunlaşdırma
siyasəti apardılar,
əlavə torpaqlar işğal etmək niyyətinə düşdülər,
beynəlxalq hüquq normalarını, sülh təşəbbüslərini qulaqardına
vurdular. Ermənistan faşizmi, terroru
dövlət siyasətinə
çevirdi, insan qatillərinə heykəl
ucaltdı, yazarları
əsərlər yaratdı.
Parlamentdə öz deputatlarını
öldürdülər, dövlət
çevrilişi etdilər.
Azad fikirli insanlar, jurnalistlər həbs edildi, ölkədən qovuldu, intihara təhrik olundu, cərimələrə, təqiblərə
məruz qaldı, ancaq Ermənistana havadarlıq edənlərin
səyləri nəticəsində
bu vəhşiliklər,
özbaşınalıqlar pərdələndi, demokratiyadan
gen-bol danışanların
səsi batdı, mövqeyi eşidilmədi.
Əksinə, bir çox ölkələr "erməni
demokratiyası”nı alqışladılar,
əli azərbaycanlıların
qanına batmışlara,
yeni torpaqlar işğal etmək niyyətinə düşənlərə
mötəbər kürsülərdə
yer verdilər.
Ermənistanın Azərbaycana qarşı
törətdiyi fəlakətlər,
müharibə dövründə
dinc əhalinin qadağan olunmuş silahlardan, raketlərdən
atəşə tutulması,
onlarca insanın qətlə yetirilməsi,
yüzlərlə mülki
obyektin dağıdılması
və bu gün düşmən ölkədə baş verən hadisələr, qarşıdurmalar, repressiyalar,
qətllər nədənsə
demokratiyadan bol-bol danışan dövlətlərin,
beynəlxalq təşkilatların
diqqətindən kənarda
qalır, beynəlxalq
aləm bu faciələrə seyirçi
mövqedən yanaşırlar.
Cənab İlham Əliyev adi bir hadisə üstündə ölkəmizə
qarşı çıxanlara
kəskin mövqeyini bildirərək sual edir: "Avropa Şurası, Avropa Parlamenti, qeyri-hökumət
təşkilatları, böyük
Avropa ölkələri,
niyə susursunuz, nədən bu diktatorların cavabını
vermirsiniz?” Dövlətimizin
rəhbəri qətiyyətlə
bildirir ki, lazım olduqda düşmənin, işğalçının,
diktatorun cəzasını
biz özümüz verəcəyik
və haqq mübarizəmizdə heç
bir qüvvə bizə mane ola
bilməz. Təcavüz etmək, yalan
danışmaq, evlər
yıxmaq, insanları
qətlə yetirmək,
xəyanət, riya demokratiyadırmı? Bu, insan haqlarını qorumaqdırmı? Bu, beynəlxalq normalara sədaqətdirmi? Bu, insanlığa, bəşəri
dəyərə məhəbbətdirmi?
Təcavüzkar, insan
qatili, millətçi
heç vaxt demokrat ola
bilməz. Vəzifə şan-şöhrət qazanmaq üçün xalqını fəlakətə,
bəlalara düçar
edənlər insanlıqdan,
demokratiyadan çox uzaqdırlar. Özünü
ən demokratik dövlət hesab edən, ancaq faşizmi, nasizmi həyat amalına çevirən, soyqrımlar,
sui-qəsdlər törətməklə
öyünən Ermənistana
daimi dəstək verən Fransanın keçmişinə nəzər
salıb onun müstəmləkəçilik siyasətini, bəşəri
dəyərlərə xəyanətini
araşdırsaq və
bugünkü mövqeyini
nəzərdən keçirsək,
gözlərimiz qarşısında
insan faciələri, zülm və əzabları ilə zəngin bir mənzərə canlanar. Fransanın işğal edib müstəmləkəyə çevirdiyi,
varını-yoxunu taladığı
neçə-neçə ölkədə
yaşatdığı zülm,
ədalətsizlik tarixin
qara səhifələridir
və bu, bütün dünyaya məlumdur. Yaxın Şərqin bir
neçə dövləti
illərlə Fransanın
əsarəti altında
inləmişdir. Atlantik okeanındakı
adalar, Dominikandan Qrenadaya qədər hamısı Fransa tərəfindən istismar
olunmuşdur.
Tarixən elə bir qitə,
materik olmayıb ki, oradakı ölkələr Fransanın
istismarına, xalqları
qırğına, faciələrə
məruz qalmamış
olsun. 1942-ci ilin iyul ayında fransızlar yəhudi olduğu üçün
4 mini uşaq olmaqla 13
min 152 insanı evlərindən
çölə atmış
və onların demək olar ki, hamısının (yalnız 25 nəfər sağ qalıb) məhvinə səbəb
olmuşlar. XIX əsrin
əvvəllərində Haitidə
100 min afrikalı köləni
qazla qətlə yetirən, Birinci Dünya müharibəsində
1 ayda 900 min afrikalının
ölümünə imkan
yaradan, 1954-1962- ci illər Əlcəzairdə
1,5 milyon sakini öldürən, ağır
işgəncələrə məruz qoyan, Buandada 600 min insanın qətlə yetirilməsinə
hərbi yardım edən, Vyetnamda, Mərakeşdə, Çibutidə,
Çadda, Qabonada, Tunisdə qanlı qətliyamlar törədib
milyonların həyatına
qıyan Fransanın demokratiyadan, insan haqlarından, bəşəri
dəyərlərdən danışması,
haqq-ədalət pərdəsi
altında digər dövlətlərə dərs
vermək cəhdi gülüş doğurur.
Bu gün hər
bir dövlətin tarixi hamıya məlumdur. Fransanın terrorçuları, qaniçənləri, təcavüzkarları
dəstəkləməsi başadüşüləndir.
Bu dövləti Ermənistanla birləşdirən
oxşar xüsusiyyətlər
- işğalçılıq, müstəmləkəçilik siyasətidir. Fransa BMT Təhlükəsizlik
Şurasının üzvü
kimi erməni silahlı birləşmələrinin
Azərbaycanın işğal
olunmuş ərazilərindən
çıxması ilə
əlaqədar bu təşkilatın qətnamələrinə
imza atıb,
ATƏT-in Minsk qrupunun həmsədr
ölkəsi olaraq münaqişənin nizamlanmasında
bitərəf mövqe
tutması barədə
öhdəlik götürüb.
Belə bir ölkə ədalətin
bərpa olunması üçün öz səylərini artırmağa
borclu olduğu halda beynəlxalq hüquq normalarını,
Cenevrə Konvensiyasının
müddəalarını, mötəbər
təşkilatların qərar
və göstərişlərini
ciddi qaydada pozaraq 30 ildən çox bir müddətdə torpaqlarımızı
işğal altında
saxlamış təcavüzkar
dövləti müdafiə
edir.
Fransanın prezidenti Emmanuel Makron başda olmaqla, Parisin merinin, bəzi parlament üzvlərinin, siyasətçilərin təşəbbüsləri nəinki Qarabağ məsələsinin sülh yolu ilə nizamlanmasına, əksinə, vəziyyətin yenidən kəskinləşməsinə, müharibənin bir daha alovlanmasına hesablanmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsi getdiyi günlərdə çoxsaylı müsahibələrində dəfələrlə xatırlatmışdır ki, "biz tarixi ədaləti bərpa edirik, biz işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyirik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetiririk. Bizim heç kimin torpağında gözümüz yoxdur. Mübarizəmiz haqq mübarizəsidir və biz haqq yolunda döyüşürük”. Dövlətimizin başçısının fikri, məqsədi bütün dünyaya bəllidir və haqqı, ədaləti dəstəkləyən hər bir kəs bu haqq mübarizəsini alqışlayır, uğurlarımıza tərəfdar çıxır. Fransanın prezidenti Makron isə ermənipərəst mövqeyini çəkinmədən ortaya qoyaraq tezliklə atəşi dayandırmağı, ermənilərin zəbt etdiyi ərazilərdən çəkilməməsini tələb edir və heç bir əsaslı fakt olmadan Azərbaycanın ünvanına yalanlar uydurur və əhatəsində olan siyasi dairələri ölkəmizə qarşı yönəldir. Əlbəttə, bu, yaraşmayan hərəkətlərdir və Fransanın imicinə sarsıdıcı zərbədir. Bu ölkənin bəzi siyasi dairələri bunu dərindən dərk etmirlər ki, dövlətləri bir qrup erməni millətçisinin əlində oyuncağa çevrilmişdir. Hətta ölkənin senatı Makronun anti-demokratik çıxışlarından, ermənipərəst mövqeyindən ruhlanaraq qondarma "Dağlıq Qarabağ respublikası”nı tanımaq barədə qərar qəbul edir. Paris meriyasının, senatın bu barədə çağırışları və təşəbbüsləri təəssüf doğurur. Axı Fransa Rusiya və ABŞ ilə Minsk qrupunun üzvlərindən biridir. Rəsmi Paris bilməlidir ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına dair göstərilən təşəbbüslər Fransa tərəfindən qəbul edilmiş beynəlxalq və ikitərəfli öhdəliklərə ziddir və onların qəbul etdikləri qərarlar beynəlxalq aləm tərəfindən hörmətlə qarşılana bilməz. Çünki BMT Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir və bu torpaqlar üzərində ölkəmizin suverenliyi tanınmışdır.
Belə bir halda Fransa senatının "Dağlıq Qarabağ respublikası”nı tanımasının heç bir hüquqi nəticəsi ola bilməz. Əlbəttə, bu qərar bir tərəfdən terrorçu, separatçı rejimi dəstəkləməkdirsə, digər tərəfdən Azərbaycanla dövlətlərarası əməkdaşlığa böyük zərbədir. Fransanın təcavüzkar Ermənistanı birmənalı dəstəkləməsi, faşizm ideologiyası ilə silahlanmış, uzun illər azərbaycanlıların qanını axıtmış, yurd-yuvasını dağıdıb şəhər və kəndlərini xarabazarlığa çevirmiş bir ölkəni müdafiə etməsi, qardaş Türkiyəyə qarşı kəskin mövqe tutması Cənubi Qafqazın lider dövləti olan Azərbaycanı itirmək deməkdir.
Azərbaycan xalqı hazırda özünün ən xoşbəxt, fərəhli günlərini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə müzəffər silahlı ordumuz böyük şücaət, qəhrəmanlıq göstərərək uzun illər işğal altında olan torpaqlarımızı azğın düşməndən azad etmişdir. Ölkəmizin öz ərazi bütövlüyünü təmin etməyə haqqı var. Rəsmi Paris bunu bilməmiş deyil. Qələbəmiz möhtəşəmdir, ədalətlidir. Bu, Prezidentimizin, Ali Baş Komandanın, şanlı ordumuzun, xalqımızın tarixi, unudulmaz qələbəsidir. Haqq-ədalət, cəsarət, sədaqət qalib gəlmişdir. Azərbaycan varlığını, bütövlüyünü, əyilməzliyini bütün dünyaya bir daha sübut etmişdir. Birliyimiz, həmrəyliyimiz, beynəlxalq hüquq normalarına hörmət və sədaqətimiz, humanistliyimiz, bütün millətlərə sağlam münasibətimiz, Tanrıya məhəbbətimiz dünyaya yeni, əzəmətli, mübariz bir Azərbaycan bəxş etdi. Elə bir Azərbaycan ki, onun rəhbəri və xalqı ən böyük ehtirama layiqdir. Ən böyük demokratiya insana, xalqa hörmətdir. Demokrat bəşəri dəyərlər, insanlıq, xalqların gələcəyi üçün çalışan, vuruşan, həyatını sərf edən şəxsdir.
Qanunu, qaydanı yalana, böhtana dəyişənlər, sözü ilə əməli düz gəlməyənlər demokratiyaya ləkədir. Özünə, sözünə qiymət qoymayanın demokratiyadan danışmağa haqqı yoxdur.
Şərəfinə, ləyaqətinə, cəsarətinə, insanpərvərliyinə görə Azərbaycan xalqı ən demokrat xalqdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev dünyada ən böyük demokrat rəhbər, ən böyük demokrat sərkərdə, ən böyük demokrat insandır. Demokratiya insanın ədaləti, sədaqəti, vətənpərvərliyi və xalqa məhəbbətidir.
Tahir RZAYEV,
Milli Məclisin Aqrar
siyasət komitəsinin sədri
Azərbaycan.-2020.- 27 noyabr.- S.6.