Terror
və soyqırımı
Fransa tarixinin əsl simasıdır
Tarixin inkaredilməz
həqiqətlərindən biri də odur
ki, Fransa terroru və soyqırımını əsrlərboyu
dövlət siyasəti
kimi qəbul edib.
Əlcəzairdə 1,5 milyon insanı, Vyetnamda, Mərakeşdə,
Cibutidə, Çadda,
Qabonda, Tunisdə 100 minlərlə sakini məhv etmişdir. Özünü "insan haqlarının
və demokratiyanın
vətəni” sayan Fransa tarixi ilə
üzləşməkdən ona görə qorxur ki, Böyük
Fransız inqilabının
prinsiplərinə dəfələrlə
xəyanət etmiş,
insan haqları və demokratiya ilə bir araya
sığmayan bəşəri
cinayətlər törətmişdir.
Fransızları ermənilərlə yaxınlaşdıran,
onların hamisi olaraq çıxış
etməyə vadar edən xristian təəssübkeşliyi ilə
yanaşı, türk
düşmənçiliyidir, islami dəyərlərə
qarşı barışmazlığıdır. Fransa tarixinin
heç bir dövründə nə Osmanlı imperiyasının,
nə də Türkiyə Cümhuriyyətinin
dostu olmuşdur.
100 ildən artıq
bir müddətdir ki, Fransada məktəb
dərsliklərində türk
düşmənçiliyi tədris edilir. Fransız Morqan
XX əsrin əvvəllərində
"Erməni xalqının
tarixi”ni yazmaq sifarişini aldıqda qeyd edirdi ki,
"bu məsələ,
yəni erməni xalqının tarixinin yazılması Fransanın
dünya müharibəsində
iştirakından, hətta
qələbəsindən də
daha əhəmiyyətlidir”.
Birində türk-islam düşmənçiliyi
varsa, o birində xristian təəssübkeşliyindən
qidalanan ermənisevərlikdir.
Fransanın tarixində ermənisevərliyində
qabarma və çəkilmə dövrləri
olsa da, ümumi siyasət dəyişməz olaraq qalmışdır.
Fransanı ən çox narahat edən məqam tarixi ilə üzləşməkdir. Fransa böyük
coğrafi kəşflərdən
başlayaraq XX əsrin
sonlarına qədər
işğal etdiyi torpaqlarda - üç qitədə olan müstəmləkələrində hələ də tarixin arxivlərində saxlanılan soyqırımı
aktları həyata keçirmişdir. Fransanın XIX əsrin 30-cu illərindən
başlayan tarixinə
işıq tutsaq, aydın olar ki, bu ölkənin
tərcümeyi-halı soyqırımı
aktları ilə nə qədər zəngindir. Fransa aparıcı
dövlətlərin soyqırımı
reytinqində ön sıralarda durur. Bu ölkə soyqırımı
aktlarını ört-basdır
etmək üçün
öz gözündə
tiri görməyib başqalarının gözündə
saxta soyqırımı
tükünü axtarır.
Fransanın törətdiyi soyqırımı
silsiləsi, əvvəlki
dövrlər nəzərə
alınmasa, 1830-cu ildə
Əlcəzairin işğalı
ilə başlanmışdır. İşğal prosesi çox vəhşiliklərlə müşayiət
olunmuş, qarşı
qüvvələr tamamilə
qılıncdan keçirilmiş
və güllələnmişdir.
Fransızlar yerli əlcəzairlilərə
"ən yaxşı
əlcəzairli - ölü
əlcəzairlidir” fəlsəfəsi
ilə yanaşmışlar.
Əlcəzair xalqı Fransanın
hakimiyyəti altında
132 ildə (1830-1962) müstəqillik
uğrunda mübarizə
aparmış və nəticədə fransızlar
soyqırımı cinayətlərini
daim artırmışlar.
Hətta Amerika, Avropa mənbələri aydın göstərir ki, Fransa Əlcəzairdəki
müstəmləkəçilik müddətində 1,5 milyon əlcəzairliyə
qarşı soyqırımı
həyata keçirmişdir.
Bu gün fransızların
Əlcəzairdəki soyqırımına
aid sənədlər informasiya
agentliklərinin saytlarında
geninə-boyuna sərgilənir.
Gedib tarixin dərin qatlarında saxta soyqırımı axtarmağa
ehtiyac yoxdur. Saxta soyqırımını parlamentə
çıxarmaqdansa, Fransa
XX əsrin 50-60-cı illərində
Əlcəzairdə mədəni
dünyanın, bu gün yaşayan insanların gözləri
qarşısında həyata
keçirdiyi soyqırımı
cinayətlərindən utanmalıdır.
Saxta erməni soyqırımını
müzakirə etmək,
ona qiymət vermək böyük fransız inqilabının
vətənində insan
haqlarının, düşüncə
azadlığının tam qiymətsiz olduğunu aşkarlayır.
Fransa Vyetnamda
çox böyük soyqırımı həyata
keçirmiş hərbi
birliklərini Əlcəzairdə
başlanmış xalq
hərəkatını boğmaq
üçün gətirmiş
və bu hərəkata qarşı
hücum birlikləri təşkil etmişdi. Fransa Əlcəzairdəki
hərbi hava qüvvələrindən də
geniş istifadə etmiş, Vyetnamdakı məğlubiyyətin əvəzini
bu ölkədə çıxmışdır.
Fransızlar yalnız partizanlara deyil, mülki əhaliyə qarşı
da amansızlıqla qırğın həyata
keçirmişlər. Fransızlar onlara
qarşı ciddi müqavimət göstərilən
yerlərdə əhaliyə
daha amansız yanaşır və orta əsr invizisiyasından
geninə-boluna istifadə
edirdilər. Fransızlar Əlcəzair
sahillərinə gəmilər
vasitəsilə gələn
və gələ biləcək hər cür hərbi və iqtisadi köməyin qarşısını
alırdılar. Ölkəni aclıqla təslim olmağa məcbur edərkən çoxsaylı
insanların qırılmasına
səbəb olmuşdular.
Əlcəzairdə müqavimət hərəkatı 1954-cü ildən
1962-ci ilin 19 martına
qədər davam etmişdir. Hər gün orta hesabla
557 əlcəzairli öldürülməklə
1,5 milyon insana qarşı soyqırımı həyata
keçirilmişdir. Əlcəzair qurtuluş müharibəsinə
başladıqda əhalisinin
sayı 9 milyon olmuşdur. Qurtuluş
müharibəsindən sonar 7,5 milyon əlcəzairli
qalmışdır. Bəs Fransa
bunları nə vaxt parlamentin müzakirəsinə çıxaracaq?
Nə zaman əlcəzairlilərdən
üzr istəyəcəkdir?
Fransanın soyqırımı ensiklopediyası-tərcümeyi-halı
yalnız Əlcəzairlə
məhdudlaşmır. Fransa üç
qitədə olan müstəmləkələrində yerli əhaliyə qarşı soyqırımı
törətmiş, əhalini
ölkələrindən çıxmağa
məcbur etmiş, dinlərini dəyişdirmiş
və onlara ən adi insani
yaşamaq haqqı verməmişdir.
Bu ölkənin soyqırımının
izləri Afrikanın hər yerində vardır. Mərakeş ərazisində fransız
müstəmləkəçiliyinin izləri bu gün də mətbuat səhifələrində
aydın görünür.
Fransanın müstəmləkəsi
olan ölkələrin
əksəriyyətində xalqın dilində edam meydanı deyimi var. Bu fransızların
yerli xalqa qarşı tətbiq etdikləri edamlarla əlaqədardır.
XIX əsrin 60-cı illərində
Fransa əsgəri birlikləri Cibutiyə daxil olmuşdur. O zaman Cibuti qəbilələrin
federasiyası əsasında
idarə olunurdu. Fransızlar qəbilə rəislərini
görüşə dəvət
edir, onlarla ayrıca müqavilə bağlayırdılar. Müqavilə bağlanmasına baxmayaraq,
bölgənin müsəlman
əhalisi fransız müstəmləkəçiliyi ilə barışmamış,
ona qarşı mübarizə aparmışdır.
1917-ci ildə Cibutidə başlanan azadlıq mübarizəsi
qan gölündə boğulmuş, 100 minlərlə
cibutili öldürülmüşdü.
Fransız səlahiyyətliləri Cibutidə islama qarşı da ciddi mübarizə aparırdılar. İnsanları islam dinindən uzaqlaşdırmaq üçün ciddi missionerlik fəaliyyətinə başlamışdılar. Birinci olaraq müsəlmanların məscidlərini zor əllərindən alırdılar. Yeni məscid tikməyə icazə vermirdilər. Məscid tikmək istəyənlərə vergi tətbiq edirdilər. Ölkədə islami təhsili yasaq edilir, missionerlər vasitəsilə xristianlaşma prosesini həyata keçirirdilər. Lakin bu sahədə əsaslı uğurlar qazana bilmədikdə Avropadan xristianları köçürərək Cibutiyə yerləşdirmişdilər. Hazırda Cibutidə olan xristianlar yerli əhali olmayıb, Avropadan ora köçürülənlərdir.
Çad torpaqlarının fransızlar tərəfindən işğalı da bu ölkənin soyqırımı tərcümeyi-halının bir parçasıdır. Yerli xalqın uzun müddət ciddi müqavimət göstərməsinə baxmayaraq, XIX əsrin sonlarına doğru ingilislər, fransızlar və almanlar Çad gölünün ətrafının bölünməsinə nail olublar. 1911-ci ildə Fransa Çadı tamamilə ələ keçirə bilib. Fransız işğalçıları qətliamlara haqq qazandrmaq üçün iddia edirlər ki, onlara qədər Çadda xalq ibtidai vəziyyətdə yaşamışdır. Çadda məscid və mədrəsələr dağıdılmış, islam dini qadağan edilmiş, müsəlman alimləri həbs olunmuşdular. Fransızların ən dəhşətli soyqırımının yeni adını elm adamlarının soyqırımı adlandırmaq olar. Fransızlar 1917-ci ildə Çadda dini həyatı yenidən nizamlamaq üçün konfrans təşkil etdiklərini bildirirlər. Konfransa hər yerdən fransızların dini islahatlar keçirmək vədlərinə inanan elm adamları toplaşmağa başlayır. Konfransın başlanmasına bir neçə saat qalmış fransız əsgərləri salona girərək elm adamlarının hamısını öldürürlər. Ötən əsrin 50-ci illərinin sonlarına qədər fransızlar Çadda soyqırımını davam etdirmişlər.
Fransa Qabon torpaqlarında da soyqırımı həyata keçirmiş, islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir. Kamerunda da fransızların törətdiyi milli, mənəvi soyqırımı izlərinə aid sənədlər elmi mübadiləyə daxil edilmişdir. Fransa Nigeriyada da 1960-cı ilə qədər qırğınlar törətmiş, müqavimət göstərənləri öldürmüş, xristianlaşmanı həyata keçirmişdir. Fransa həm də dünya tarixində azadlıq uğrunda mübarizə aparan xalqlara qarşı zəhərli qazdan istifadə etmişdir. Qaz kameraları haqqında vəhşiliyi faşistlər fransızlardan öyrənmişdilər.
1881-ci ildə Fransa Tunisi işğal etmişdir. Fransızlar burada da ən amansız dəhşət, terror, azacıq müqavimət göstərənlərə qarşı soyqırımı keçirən rejim qurmuşdular. Onlar öz missionerlərini Tunis mənşəli xalqın nümayəndəsi adından təqdim etmiş və dəstəkləmişdilər. Burgiba adlı birisi uzun illər Tunisdə Fransanın ssenarisini həyata keçirmişdir. Fransızların təşkil etdikləri hərbi mərkəzlər zülm, işgəncə, soyqırımı düşərgələri idi.
Belə bir ölkənin insan haqlarından və düşüncə azadlığından danışmağa haqqı yoxdur.
Həsənbala SADIQOV,
Gəncə Dövlət Universitetinin
professoru
Azərbaycan.-2020.- 28 noyabr.- S.1;4.