Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Rusiya
Federasiyası, Azərbaycan və Ermənistan respublikaları
arasında imzalanmış tarixi razılaşma nəticəsində
Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən
tanınan ərazi bütövlüyünün və
suverenliyinin təmin edilməsi, bölgədə
sülhün və sabitliyin bərqərar olması münasibətilə
Zati-alinizi səmimi-qəlbdən təbrik etməkdən məmnunluq
duyuram.
Azərbaycanın mədəniyyətlərarası dialoq və birgəyaşayış modeli, elm xadimləri ilə zəngin olması, habelə qədim Şərq və Qərb sivilizasiyalarının qovuşduğu məkanda yerləşməsi bizə yaxşı məlumdur.
Qardaş Misirdən Vətən şəhidlərinə Allahdan rəhmət və məkanlarının cənnət olmasını, yaralılara isə şəfa diləyirəm.
Zati-aliləri, Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə qardaş Azərbaycan xalqının azadlıq, əmin-amanlıq və rifah içində yaşamasını arzulayıram.
Dərin
hörmət və ehtiramla,
Professor Əli
CÜMƏ,
“Əl-Əzhər”
dini müəssisəsinin Böyük
Alimlər Şurasının üzvü
Azərbaycan.-2020.- 28 noyabr.- S.2.