Zəfərə vətəndaş töhfəsi

 

Qələbəyə Dəstək Hərəkatı işğaldan azad olunmuş ərazilərin bərpa prosesində də fəal iştirak etmək niyyətindədir

 

 

 

27 sentyabr ruhumuzun diriliş, milli kimliyimizin oyanış günü kimi Azərbaycan xalqının əsrlərin o üzündə belə qürurla anılacaq tarixinə qızıl hərflərlə həkk olundu. Qalibiyyətə susamış xalqımızın bir qərinəlik torpaq nisgilinin getmə anına dönüb 10 noyabr Zəfəri olaraq könüllərin şah zivəsində özünə yer etdi.

 

Bu 44 gün ərzində, sanki möcüzəvi bir dünyada var olduq, sonsuzluğun özünə qədər yol alacaq bir ömür keçdik. İlahi hisslər daddıq, varlığına, həyata keçəcəyinə xəyallarımızda belə inana bilməyəcəyimiz müqəddəs gerçəklik yaşadıq.

 

Bu Qələbə çələngini xalqımızın hər bir fərdi öz əlləriylə zərrə-zərrə, ilmə-ilmə hördü. Kimisi özünü bu torpağa qurban deyib şəhidlik zirvəsinə yüksəldi, kimisi canı, qanı bahasına qazi oldu, kimisi həkim kimi, kimisi də gecə-gündüz zəfər hayqırışımızı ən yüksək zirvələrdən dünyaya çatdırsın deyə əlindən gələni etdi.

 

Birimiz şəhid tabutuna çiyin verərək, bəzən döyüşdə oğul itirən analara övlad olaraq, bəzən də əl açıb səngərdəki əsgərlər üçün Ulu Tanrıya dua edərək...

 

Vətənin başına dolandıq, vətənpərvərlik etdik, əsl vətəndaş olduq...

 

 

 

Arxa cəbhənin də öz qəhrəmanları oldu...

 

 

 

Hər zaman deyirlər ki, ən böyük vətənpərvər öz işini doğru, dürüst və peşəkarlıqla icra edəndir. Bu günlərdə Azərbaycan xalqı da birləşərək, Vətən savaşımızın qalibiyyətlə bitməsi üçün əlindən gələn hər şeyi etməyə çalışdı. Həm ön səngərdə vuruşdu, həm də arxa cəbhədə mübarizə apardı. Qaranquşun dimdiyindəki bir damla su ilə odu söndürmək üçün göstərdiyi əzmkarlıq nümunəsi ilə hər kəs cani-dildən çalışdı ki, bu qələbədə kiçikolsa payı olsun, dövlətimizə, ordumuza, əsgərimizə, ümumilikdə Qələbəmizə töhfə versin. Buna görə də xeyli sayda ictimai təşəbbüslər başladı, könüllü hərəkatlara start verildi, beynəlxalq aləmdə səsimizi duydurmaq, informasiya müharibəsində savaşmaq üçün haqq yolunda səfərə çıxıldı...

 

Bir sözlə, arxa cəbhənin də öz qəhrəmanları formalaşdı...

 

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan torpaqlarını Ermənistanın işğalçı qoşunlarından təmizləmək üçün başladılan əks-hücum əməliyyatlarını həyata keçirən Azərbaycan Ordusuna dəstək məqsədilə adamlarının Qələbəyə Dəstək Hərəkatını yaratmaları da bu qayəyə xidmət etdi.

 

Hərəkatın ictimai təşəbbüs qrupunun sədri, "Hədəf” şirkətlər qrupunun təsisçisi Şəmil Sadiqlə söhbətimiz də elə müharibə günlərində arxa cəbhədə göstərdikləri fəaliyyətlə bağlı oldu. Müsahibimiz bildirdi ki, Ali Baş Komandanın döyüş əmri verdiyi andan etibarən, adamları da bu müharibədə dövlətimizə, ordumuza necə dəstək göstərmək barədə planlar üzərində işləyiblər:

 

- Döyüş başlayan gün sosial şəbəkələrdə status yazıb çağırış etdim ki, indi Vətən hamımızı çağırır, bir nəfər kimi əsgərlərimizin yanında olmalı, onlara hər cür dəstək göstərməliyik. Dostum İlham Alməmmədov zəng edərək təklif etdi ki, biz adamları da ümumi qələbəyə dəstək olmaq üçün birlikdə fəaliyyət göstərək. Beləliklə, artıq sentyabrın 28-ində ilk olaraq İlham Alməmmədov, Uğur Zeynalov, Şahin Səfərov, Elvin Əliyevlə görüşüb qərara gəldik ki, təşkilat tipli təşəbbüs qrupu yaradaq, ətrafımızda olan adamlarını bu işə cəlb edək. Adını Qələbəyə Dəstək Hərəkatı qoyduğumuz təşəbbüs qrupuna üzv olmaq üçün ərk etdiyimiz 30-a yaxın adamına müraciət etdik və dövlətin yanında olmaq, cənab Ali Baş Komandanın əmrlərinin yerinə yetirilməsi üçün belə bir koordinasiya mərkəzi yaratdıq.

 

Onsuz da xeyli adamı var idi ki, könüllü olaraq bununla bağlı ayrı-ayrılıqda öz öhdəsinə düşən işi görür, Silahlı Qüvvələrə Yardım Fonduna vəsaitlər ödəyirdi. Lakin düşündük ki, bunu təşkilatlanmış formada, sistemli şəkildə koordinasiya etmək, ürəyindən keçib dəstəyi necə edəcəyinin yolunu bilməyən həmkarlarımızla birgə hərəkət etmək, bir əl, bir ürəklə müəyyən fəaliyyətlər həyata keçirmək daha yaxşı olar.

 

 

 

"Əsgərə sovqat

 

 

 

Şamil müəllim onu da vurğuladı ki, əslində, müharibə dövründə xalqımızın əsgərlərə yardım toplamasına elə bir ehtiyac yox idi, amma düşündük ki, mənəvi dəstəyimizlə, sovqatlarımızla bizonlara dayaq duraq:

 

- Çünki əsgər orduda döyüşür və elindən, obasından uzaqdadır. O biləndə ki, ailəsi, doğmaları yaxşıdır, heç nəyə ehtiyacları yoxdur, eyni zamanda, arxa cəbhədə hər kəs əsgərlərimizə dəstək olmağa çalışır, o zaman onlar da ikiqat ruhla döyüşə atılırlar, gözləri arxada qalmır. Ona görə də 22 şirkət rəhbəri yardım yox, "Əsgərə sovqat” adı ilə bu 44 günlük müharibədə 6 səfər edərək 6 yük maşını ilə əsgərlərimizə sovqat göndərdik. Hər dəfə də özümüz bu prosesdə iştirak etdik, çalışdıq ki, əsgərlərimizlə yaxın təmasda olaq. Düzdür, döyüş bölgəsi qaynar xətt idi, ora girmək mümkün deyildi, amma imkan daxilində Müdafiə Nazirliyindən müəyyən dəstək alaraq əsgər, zabitlərimizlə görüşə bilirdik.

 

Deyim ki, bu 44 gün ərzində Qələbəyə Dəstək Hərəkatında 100 min manata yaxın maliyyə fondu formalaşdı. Bundan da əlavə, Silahlı Qüvvələrə Yardım Fonduna təxminən 300 min manat məbləğində əlavə rəsmi ödəniş etdik. Bir nüansı da ayrıca olaraq qeyd edim ki, yalnız bir həftə ərzində müəllim və şagirdlərimiz tərəfindən 6 min manata yaxın pul yığıldı. Bura 1 manat da, 10 manat da, yüz manat da pul verən var idi. Neçə uşaq isə qəpik yığdığı kassasını gətirib açdılar. Onlar əsgərimizə göndəriləcək sovqatda paylarının olması üçün sevinirdilər. Bütün bu detalları ona görə deyirəm ki, sadaladıqlarım hamısı ümumi birliyimizin əlaməti idi...

 

 

 

 

Bizdən şəhid Generalımız Polad Həşimov haqqında olan xatirə kitabları da istəmişdilər

 

 

 

 

- Aparılan sovqatların hər birinin içərisində şagirdlərin yazdığı "Əsgərə məktub”lar da olurdu. Biz hər səfərimizdə əsgərlərimizdə böyük ruh yüksəkliyi müşahidə edirdik. Arxa cəbhədəkilərin dəstəyini duymaq isə onlar üçün əlavə stimul olurdu. Səfərlərimizin birində Hadrutda əsgərlərimizlə görüşəndə, onların ağır döyüşlərdən çıxdığını, yorulduqlarını nəzərə alaraq söylədik ki, "daha sizi yormayaq, biz gedək”, bu zaman onlardan biri dedi ki, " danışırsınız, 72 gündür ki, mülki vətəndaş görmürük. Sizi görəndə elə bilirdik ki, doğmalarımız, atamız, qardaşımız buradadır”. Yaxud, uşaqların əsgərlərə yazdıqları məktubların hər birini necə sevinclə oxuduqlarının şahidi olurduq.

 

6 səfər ərzində Talış kəndində, Hadrutda, Beyləqanda, Horadizdə olduq. Apardığımız əşyaları, tibbi ləvazimatları əsgərlərimizə çatdırdıq. Bəzən elə şey istəyirdilər ki, düşünürdük bu, əsgərə lazım olmaz. Amma görürdün ki, yox, belə deyil. Məsələn, kitab istəyirdilər. Zabitlərimiz şəhid generalımız Polad Həşimov haqqındakı xatirə kitablarından da istəmişdilər biz sonradan onların bu istəyini böyük məmnunluq fəxarətlə yerinə yetirdik.

 

 

 

 

"Döyüşçüdən sovqat var

 

 

 

 

Qələbəyə Dəstək Hərəkatının üzvləri onu da qərara alırlar ki, paralel olaraq, "Döyüşçüdən sovqat varadlı daha bir layihəni gerçəkləşdirsinlər. Bu zaman yaralılar şəhid ailələrinə lazımi dəstəyi koordinasiya etmək, könüllü şəkildə ordu sıralarına qoşulan şəxslərin ailələrinə dəstək, onları stimullaşdırmaq, xüsusən yeri olmadan ordu sıralarına qoşulan könüllülərin ailələrinə aylıq müəyyən maliyyə yardımı etmək, gənc adamları arasında vətənpərvərlik xeyriyyəçilik ruhunu formalaşdırmaq istiqamətləndirmək üçün maarifləndirmə işləri aparmağı qarşılarına məqsəd qoyurlar:

 

- Bu istiqamətdə 25 ailəyə sovqat getdi 11 ailənin maddi yardıma ehtiyacı olduğu müəyyənləşdi. İş adamlarının hərəsi bir ailəni öhdəsinə götürdü. Amma bir ailənin durumu fərqli idi. Əsgərimizin övladı dünyaya gələcəkdi. Həmin ailənin bütün xərclərini öz üzərimizə götürdük bu yaxın günlərdə əsgərimizin qızı anadan oldu. Qələbəyə Dəstək Hərəkatı olaraq onu da xəstəxanadan ən yüksək səviyyədə çıxarıb evlərinə yerləşdirdik. Ata olan zabitimizin zəng vuraraq təşəkkür etməsinin, gözünün arxada qalmadığını deməsinin bizdə yaratdığı sevinc hissini isə dünyanın heç bir sərvəti ilə əldə etmək mümkün deyil.

 

 

 

 

Bu qürurlu anları bizə Ali Baş Komandan yaşatdı

 

 

 

 

- Əslində, həmin günlərdə xalqımızın əksər nümayəndələri əsgərlərimizə dəstək olmaq üçün əlindən gələni etməyə çalışırdı. Ayrı-ayrı fərdi şəxslər sovqat gətirirdi, bu payların içərisində su da olurdu, əsgərə lazım olacaq hansısa əşya da, onlara qurban deyilib kəsilən quzular da...

 

Bilirsiniz, xalqımızın müharibə ərəfəsində necə birləşdiyini görmək sözlə ifadə edilməyəcək qədər qürurverici idi. Hər dəfə vurğulayıram ki, bu anları yaşamağımıza, birliyimizə təsir edən amil isə Ali Baş Komandan İlham Əliyevin yazdığı o qələbə tvitləri, çıxışları, xalqa müraciətləri, hər çıxışında xalqın istək və arzularına cavab verən fikirləri səsləndirməsi oldu. Eyni zamanda xarici mətbuat nümayəndələri qarşısında qalib, özünə güvənən, tarixi bilgiləri yüksək səviyyədə, böyük sərkərdə kimi onlara dərs verməsi oldu.

 

 

 

 

İşğaldan azad edilən yurdlarımızda yenidənqurma illərində də fəal iştirak edəcəyik

 

 

 

 

- Qələbəyə Dəstək Hərəkatının təşəbbüs qrupu olaraq, bu istiqamətdə qarşıda hədəflədiyimiz planlar var. Bəli, 10 noyabrda qələbə elan olundusözsüz ki, bu, döyüş bölgəsində müharibəni bitirdi. Amma qələbənin tam son nöqtəsi, ikinci mərhələsi o olacaq ki, Qarabağ ərazisi yenidən abadlaşdırılacaq, insanlarımız orada məskunlaşdırılacaq. Reallıqdır ki, bu zaman da müəyyən çətinliklər olacaq.

 

Biz - dost adamları qarşımıza məqsəd qoymuşuq ki, işğaldan azad edilən yurdlarımızdakı yenidənqurmada da fəal iştirak edək, ilk yerlərinin, təhsil, səhiyyə və digər bu kimi müəssisələrin açılmasında dövlətimizə kömək göstərək.

 

Düşünürəm ki, özəl sektor bu işlərdə hamıdan öndə olmalıdır. Çünki adamlarının hər biri qazancını bu ölkədə dövlətin yaratdığı şərait nəticəsində qazanır. Gəlirimizin müəyyən hissəsini vətənimizin, xalqımızın ümumi rifahı üçün ayırmaq borcumuzdur. Sevinirəm ki, adamları olaraq indiyə qədər qələbəmizə dəstək üçün gücümüz çatanı etmişikbundan sonra da edəcəyik...

 

Bəli, Vətən təkcə yurd-yuva demək deyil. Vətən həm də birliyimizdir. Onun bütövlüyünə, dünya durduqca var olmasına hamımız cavabdehik. Zəhmətimizlə, əməyimizlə, lazım gəlsə, canımızla vətənin keşiyində durmaq üçün hər birimizin vətəndaşlıq öhdəliyimiz var.

 

Və nə xoşbəxt xalqıq ki, sentyabrın 27-dən noyabrın 10-na qədər olan 44 günlük bir zaman kəsiyində Vətən sınağını birgəliyimiz sayəsində əzmlə qət edib, zəfərlərlə zirvəyə daşıyıb, qələbə ilə şərəf pilləsinə yüksəltdik.

 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2020.- 28 noyabr.- S.5.