İlham Əliyev Kəlbəcəri bizə qaytardı

 

Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Şuşanın, Ağdamın ardınca Kəlbəcərin də işğaldan azad olunması bütün ölkə ictimaiyyətinin dərin coşqusu ilə qarşılanmışdır.

Biz kəlbəcərlilər bu tarixi günü 27 ildən çox idi ki, dərin intizarla, həsrətlə gözləyirdik. Bu illərdə heç vaxt ümidimizi itirmədik, həmişə torpaqlarımızın işğaldan azad olunacağına inandıq.

Hər birimiz bizə yaşatdığı bu hisslərə, Kəlbəcəri işğaldan azad etdiyinə, ən böyük arzumuzu yerinə yetirdiyinə görə Prezident İlham Əliyevə hədsiz minnətdarıq. Bu Qələbənin müəllifi, bu savaşın fatehi İlham Əliyevdir. Məhz İlham Əliyevin milli maraqlarımızı qətiyyətlə təmin edən siyasəti sayəsində Ermənistanın işğalına son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

Kəlbəcərin 1993-cü ilin aprelində işğal olunması ölkədə hakimiyyətdə olan iqtidarın yarıtmaz siyasətinin nəticəsi idi. Bu sətirləri yazarkən həmin günlər kino lenti kimi gözümün önündən keçir. Hakimiyyət Kəlbəcəri başsız qoymuşdu, kəlbəcərlilər təpədən-dırnağadək silahlanmış erməni qoşunlarının qarşısında müdafiəsiz qalmışdılar. Bizi öz torpağımızdan zorakılıqla çıxardılar, qadınlar, uşaqlar dağ yolları ilə, ayaqyalın, piyada erməni təcavüzkarlarından qaçıb xilas olmağa çalışırdılar. Həmin günlərdə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak oldu, yüzlərlə kəlbəcərli girovya itkin düşdübu gün də onların bir qisminin taleyindən xəbər yoxdur.

Məcburi köçkün düşən kəlbəcərlilər Gəncədə, Bakıda, Goranboyda, Şəmkirdə, ümumilikdə 60-a yaxın rayonda məskunlaşıblar. İlham Əliyevin məcburi köçkünlərə xüsusi qayğısının nəticəsi olaraq kəlbəcərlilər də hər bir şəraiti olan mənzillərlə təmin ediliblər. Biz bu diqqətə, qayğıya görə möhtərəm Prezidentimizə daim minnətdar olacağıq. Amma həyatda doğma yurdundan, ev-eşiyindən zorla çıxarılmaqdan ağır heçyoxdur. Üstəlik, o yerlərə qayıda bilməmək daha betər əzabdır. Biz isə səfalı yerlərdən, təmiz havalı dağlardan, sərin bulaqlı ellərdən uzaq düşmüşdük. Üstəlik, yurd yerlərimizdə ermənilərin gətirilib məskunlaşdırıldıqlarını biləndə ürəyimiz qan ağlayırdı. Artıq bitdi bu əzablar, Ali Baş Komandan İlham Əliyev Kəlbəcəri bizə, öz doğma sahiblərinə qaytardı.

Kapitulyasiya edilən Ermənistan İlham Əliyevin şərtlərini qəbul edərək əvvəlcə Kəlbəcərin noyabrın 15-dək boşaldılacağı barədə öhdəlik götürmüşdü. Lakin sonradan Ermənistan möhlət istədi. Azərbaycan humanistlik edərək müddətin 10 gün uzadılmasına razılıq verdi. Amma biz bunun əvəzində bir daha çirkin erməni xislətinin təzahürünü gördük. Qanunsuz məskunlaşdırmadan sonra bizim evlərimizdə yaşayanbu günlərdə rayonumuzu tərk edən ermənilər hansı vandal hisslərin daşıyıcıları olduqlarını bütün dünyaya göstərdilər: evlərimizə od vurdular, təbiətimizə qənim kəsildilər.

Noyabrın 25-də xalqımıza müraicət edərək Kəlbəcərin azad olunması münasibətilə həmvətənlərimizi təbrik edən Prezident İlham Əliyev bu məsələyə də toxunaraq dedi: "Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik!”

Dekabrın 1-də Laçın rayonu da ordumuzun nəzarətinə keçəcək. Yaxın gələcəkdə isə Cocuq Mərcanlının yenidən qurulması zamanı elan olunan Böyük Qayıdış proqramının icrasına başlanacaq. Prezident İlham Əliyevin inkişaf siyasətinin nəticəsi olaraq işğaldan azad edilmiş bütün yurd yerlərimiz, o cümlədən Kəlbəcər də yenidən qurulacaq, kəlbəcərlilər doğma el-obalarına qayıdacaqlar.

 

Aqil MƏMMƏDOV,

Milli Məclisin deputatı

Azərbaycan.-2020.- 28 noyabr.- S.6.