DƏMİR YUMRUQ
"Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı”.
İlham ƏLİYEV
Qədim Azərbaycan atalar sözüdür:
"Dua oxumaqla donuz darıdan çıxmaz!”
Görünür, müdrik babalarımız bu sözü ermənilərə baxaraq yaradıblar.
Çünki son 27 ildə bu qudurmuş millətin simasında onun təsdiqinin dönə-dönə şahidi olduq:
Ermənilər "sülh danışıqları yolu ilə” - yəni ATƏT-in oxuduğu "dualarla” işğal etdikləri Azərbaycan ərazilərindən çıxmadılar!
Onları Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu çıxardı.
Deməli, "dua”dan yumruq təsirli imiş!
***
Əgər kimsə düşünürsə
ki, yumruq yalnız zorakılıq əlamətidir, ciddi səhv edir!
Yumruq həm də təsirli tərbiyə vasitəsidir!
Çünki yolunu azmış
adamları ağıllandıra
bilir!
Necə
deyərlər:
* Qanmazı qandırır!
* Anlamazı başa salır!
* İslaholunmazı düz yola qaytarır!
* Bir sözlə, dəyişməzi dəyişir!
Amma baxır
adamına.
Atalar həm də deyib ki, yüyürən
at qamçı yeməz!
Paşinyan kimilərini isə
yalnız yumruqla başa salmaq mümkündür!
Özü də adi yumruqla yox!
Dəmir
yumruqla!
***
"Dəmir yumruq” beş barmaqda
* yaranır və
hər barmağın
öz mənası
var.
* Baş barmaq rəhbərin müdrükliyinin
və uzaqgörənliyinin,
zəka və bacarığının, habelə
iradə, qətiyyət
və mənəvi gücünün göstəricisidir!
Sonrakı barmaqlar isə:
* Dövlətin iqtisadi və siyasi müstəqilliyini, dayanıqlığını;
* Dünya diplomatiyasında yerini və nüfuzunu, çəkisini;
* Ordunun gücünü, silahlanmasının müasirliyini
və keyfiyyətini, eyni zamanda əsgər
və zabitlərinin peşəkarlığını və qəhrəmanlığını,
cəsarət və şücaətini;
* Ən nəhayət,
iqtidarla xalqın vəhdətini, milli birliyi və həmrəyliyi əks etdirir.
Bunların beşi də mövcud olmadan, bir əldə qərar tutmadan yumruğun dəmirə çevrilməsi çətindir!
* Daha bir vacib
məqam isə yumruğun ustalıqla işlədilməsi, düşmənin
kəlləsinə zamanında
və dəqiqliklə
çırpılmasıdır!
Çünki zamanında və
yerində tutuzdurulan yumruq birə-yüz ffect verir!
Onun "dadını”
görənlər ömürləri
boyu unutmurlar!
Müzəffər Ali Baş Komandan
İlham
Əliyevin dəmir yumruğu vədəsində
və anında Paşinyanın başını
əzərək onu rəzil, miskin günə saldı!
Azərbaycan qarşısında diz
çökdürdü!
Ona-buna yalvarmaqdan, daban yalamaqdan bir şey çıxmadığını
görən erməni
baş nazir kapitulyasiya sənədinə
qol çəkdi!
* Bu yumruq Ermənistan ordusunu darmadağın etdi.
Artıq
düşmənin öz
etirafına görə
ordusunun 80 faizi yoxdur!
* Bu yumruğun qorxusundan keçmiş Ermənistan
prezidentləri R.Koçaryan
və S.Sarkisyan hərbi əməliyyatlar
zamanı qorxularından
üzə çıxa
bilmədilər!
* Həmin yumruğun zərbindən Qarabağ müharibəsinin "erməni
qəhrəman”larının aldıqları torpaqlar da geri qaytarıldı,
orduları isə fərarilər və qorxaqlar yığnağına
çevrildi!
* Bu yumruğun qorxusundan Paşinyan özünün
yeddi şərtini unudaraq Azərbaycanın bir şərtinə - rədd olub getmə şərtinə
yalvara-yalvara razı oldu!
Çünki bilirdi ki, hərbi əməliyyatlar
dayanmasa, dəmir yumruğun sahibi onu ordusuz və
Xankəndisiz qoyacaq!
* Bu yumruğun zərbindən
Ermənistan iqtisadiyyatı
elə günə düşüb ki, çətin bir daha özünə gələ.
Çətin ki, Paşinyan və onun dəstəsi
bu yumruğu unuda!
Çətin ki, dünya erməniliyi bu yumruğu unuda!
Çətin ki, Ermənistan ordusu, onun yalançı
generalları və saxta "qəhrəmanları”
bu yumruğu unuda!
Bu dəmir yumruğun dadını görənlər
bir də Azərbaycana xain nəzərlərlə baxib,
bizdən torpaq və status uma bilməyəcəklər!
***
Dəmir
yumruğun bir hikməti də var:
Dəmir
yumruq təkcə əzmir, qandırmır!
Dəmir
yumruq həm də tarix yazır,
tarix yaradır!
* Zəfərlər tarixi!
* Qələbələr tarixi!
* Hünər tarixi!
* Xilaskarlıq tarixi!
* Ən əsası isə, millətin şərəf tarixini!
Eşq olsun bu yumruğa!
Eşq olsun onun sahibinə!
***
Yumruq sahibi dəmir yumruğunun gücünü və hikmətini xalqa belə açıqlayıb: "Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq!”
***
Qarabağ uğrunda zəfər müharibəsi faktiki olaraq başa çatıb!
İndi Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan ilə şanlı qələbəsini qeyd edir.
Şübhə etmirik ki, müharibələr tarixində kütləvi şücaət və qəhrəmanlığına görə Şuşanın alınma əməliyyatı dünya hərb tarixində özünəxas yer tutacaqdır!
Yəqin ki, qədim Şuşada Azərbaycan əsgərinə gözəl bir abidə də ucaldılacaq!
Eyni zamanda Şuşanın ən hündür qayalarından birində "Dəmir yumruq” abidəsi də qoyulacaq!
Hər dəfə Ermənistandan Qarabağa sarı boylanan ermənilər dəmir yumruğu görəndə özlərini yığışdıracaq, ağıllarını başlarına yığacaqlar!
Başqa yolları yoxdur!
Dəmir yumruqlu Azərbaycanla, onun Qalib Sərkərdəsi ilə daim hesablaşmaq lazımdır!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2020.- 29 noyabr.- S.1;3.