Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevə

 

 

Hörmətli Prezident cənab Ali Baş Komandan.

Moldova Azərbaycanlıları Konqresi Azərbaycan xalqını onun lideri kimi şəxsən Sizi Ermənistanla müharibədə parlaq Qələbə Qarabağın Azərbaycanın tərkibinə qaytarılması münasibətilə təbrik edir.

2020-ci il noyabrın 8-i Qarabağ münaqişəsinin tarixində dönüş anı oldu. Şuşada baş verən hadisələr sübut etdi ki, regionda qüvvələrin ədalətli tarazlığının bərpası Azərbaycan Ordusunun aşkar üstünlüyünün təsdiqlənməsi zaman məsələsidir. Həqiqətən həmin zaman yetişdi.

Azərbaycan işğalçıların anlaya biləcəyi dildə - güclü müqavimət qəhrəmanlıqlar dilində danışmağa başladı. Sizin rəhbərliyinizlə hərbi əməliyyatların aparılması üçün seçilmiş düzgün taktika Azərbaycan döyüşçülərinin Vətənin mənafeyinə fədakarcasına xidmət etmələri sentyabrın 27-dən bəri hamımızın gözlədiyimiz uğurla nəticələndi.

Erməni ordusunun ardıcıl məğlubiyyətləri kulminasiya nöqtəsinə çatdıişğalçı kapitulyasiyaya məcbur oldu.

Biz tarixin ölkəmiz üçün bu çətin dövründə Sizin fəaliyyətinizə heyran olduğumuzu bildiririk. Biz həm ölkəmiz uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanlara görə Sizin bütün Azərbaycanın hədsiz kədərinə şərikik.

Öz doğmalarının yaxınlarının sağlamlığı naminə canlarından keçən igid döyüşçülər yetişdirmiş ailələr Azərbaycanın tarixində əbədi qalacaq. Şəhidlərin xatirəsinə ən yaxşı mükafat Qələbə oldu.

Şuşa şəhərinin azad olunması Ordumuzun hərbi psixoloji üstünlüyünü təmin etdi. Ermənilər məğlub edildi və biabırçı şəkildə uduzaraq Azərbaycanın tarixi torpaqlarından qovuldu. Qarabağın bütün yaşayış məntəqələri bizimdir!

Biz Azərbaycanın sülhü təmin edəcəyi günü səbirsizliklə gözləyirdik. Buna görə də qəti qələbə və vahid Azərbaycanın sabit gələcəyi barədə xoş xəbəri Sizin dilinizdən böyük sevinclə eşitdik. Sizibütün Azərbaycanı Qələbə Günü münasibətilə təbrik edirik.

 

Hörmətlə,

Moldova Azərbaycanlıları Konqresinin Şurası adından

Elçin Bayramov, sədr

Ramil Adıgözəlov

Marif Berqan

Zamin Bayramov

Zamir Qubadov

Aynurə Əbdülrəhimova

Mahizər Məmmədova

Ramiz Ənsərov

 

 

Azərbaycan.-2020.- 29 noyabr.- S.4.