Prezidentin köməkçisi Hikmət Hacıyev “TRT World” kanalına müsahibəsində Ermənistanın
təcavüzkar siyasətindən danışıb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - “TRT World”ə müsahibə verib.
AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatlar, 30 ilə yaxındır davam edən işğalçılıq siyasəti barədə danışıb. Müsahibəni təqdim edirik.
- Ermənistan Azərbaycanı ölkəsinin döyüş təyyarələrindən birini vurmaqda ittiham edir. Türkiyə tərəfi
də bunun tamamilə yalan
məlumat olduğunu bildirdi.
Azərbaycan Prezidenti
Administrasiyasının bu barədə fikrini bilmək istərdik.
-Biz də bununla bağlı açıqlama verdik. Bu, bir dezinformasiyadır,
eyni zamanda, olduqca gülünc məlumatdır. Bütün radar sistemlərimizi yoxladıq
və hətta Ermənistan ərazisindən
də SU-25 hərbi təyyarəsinin havaya qalxdığı qeydə
alınmayıb. Belə bir
hal olmadığı
təqdirdə hərbi
təyyarəni vurmaq necə mümkündür?
Bu, bir daha
Ermənistanın mütəmadi
olaraq dezinformasiya kampaniyası həyata keçirdiyini nümayiş
etdirir.
-Biz bilirik ki, Dağlıq
Qarabağ Azərbaycanın
beynəlxalq səviyyədə
tanınmış ərazisidir.
Bəs, bu mübahisənin başladığı onilliklərdən
sonra niyə hələ də Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilməsinə
icazə verilir?
-Təəssüf
ki, 30 ildir Ermənistanın Azərbaycana
qarşı işğalı
davam edir. Azərbaycan tərəfi bu müddət ərzində
səbir nümayiş
etdirərək, münaqişənin
ən qısa müddətdə həll
olunması üçün
danışıqlar prosesində
iştirak edib. Ancaq gördüklərimiz odur
ki, Ermənistan uzun illərdir yalnız Azərbaycan ərazilərini ilhaq etmək məqsədilə
münaqişənin həllini
uzadır.
-Bu, bir daha onu
göstərir ki, Ermənistanın niyyəti
bu əraziləri işğal altında saxlamaq və status-kvonu möhkəmləndirmək
idi. Onlar danışıqlar prosesindən yalnız görünüş xatirinə
istifadə ediblər.
-Azərbaycanın
da səbrinin bir həddi var. Təəssüf ki, bu il iyulun ortalarından başlayaraq Ermənistan tərəfinin yeni təxribatlar və hərbi avantüralar həyata keçirdiyini də görürük. Xüsusilə, Ermənistanla Azərbaycan
arasında sərhəddə,
Tovuz istiqamətində
baş verən hadisələr zamanı və o vaxtdan bəri Ermənistanın daha geniş miqyasda daha böyük
plan hazırladığını görürdük. Tovuz hadisələri
bu hücuma hazırlıq rolunu oynayırdı. Ermənistanın öz qoşunlarını
təmas xətti boyunca konsentrasiya etməsi və bunun da nəticəsində
27 sentyabr tarixində azərbaycanlı mülki
vətəndaşlara qarşı
hərbi hücumunun şahidi olduq. Ancaq bu, Azərbaycanı özünümüdafiə hüququndan
istifadə edərək,
nəhayət, Ermənistanı
sülhə məcbur
etmək, Ermənistanın
təxribatlarının, hərbi
avantüralarının və
Azərbaycana qarşı
işğalçılıq siyasətinin qarşısını
almaq məqsədilə
əks-hücum əməliyyatı
həyata keçirmək
məcburiyyətində qoydu.
-Bəs,
bu münaqişə necə həll olunmalıdır. Biz bir sıra tərəflərin
proaktiv beynəlxalq vasitəçilik cəhdlərini
irəli sürmək
çağırışı etdiyini gördük, ancaq Avropa İttifaqı
xarici güclərin bu münaqişədən
kənarda qalmasının
zəruriliyini göstərdi.
Bununla bağlı sizin fikriniz nədir?
-Buna görə də biz ədalətin bərpa olunmasını və beynəlxalq hüququn norma
və prinsiplərinin
təmin olunmasını
istəyirik. Ermənistan işğalçı dövlətdir və Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik
Şurasının dörd
qətnaməsi münaqişənin
həlli üçün
hüquqi siyasi çərçivə təşkil
edir. ATƏT-in Minsk qrupu prosesində münaqişənin necə
həll edilməsi barədə yol xəritəsi də mövcuddur və bu yol xəritəsi
Ermənistan qoşunlarının
Azərbaycanın işğal
olunmuş ərazilərindən
çıxarılması ilə
başlayır. Ermənistan öz
üzərinə götürdüyü
öhdəlikləri yerinə
yetiribmi? Xeyr. Əksinə, onlar çox təcavüzkar milli təhlükəsizlik strategiyası
və müdafiə doktrinasını qəbul
etdikləri üçün
daha aqressiv olublar. Ermənistanın müdafiə naziri
bunu yeni ərazilər uğrunda yeni müharibə adlandırıb. Azərbaycanın gözləntisi bundan ibarətdir ki, beynəlxalq ictimaiyyət də öz öhdəliyini yerinə yetirməlidir. Bu öhdəlik
Ermənistandan beynəlxalq
hüququn norma
və prinsiplərinin
icrasını və Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik
Şurasının tələblərinin
yerinə yetirilməsini
tələb etmək,
həmçinin münaqişəni
həll etmək məqsədilə Ermənistana
diplomatik siyasi təzyiq göstərməkdən
ibarətdir.
Heç bir dövlət öz ölkəsinin işğalı ilə razılaşa bilməz və Ermənistan BMT Təhlükəsizlik Şurasının
qətnamələrini yerinə
yetirməməyə davam
edir. Dünən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvləri tərəfindən
heç biri Şura çərçivəsində
bu münaqişə ilə bağlı müzakirə və ya konsultasiya ilə əlaqədar görüşün keçirilməsi
təşəbbüsü ilə çıxış
etməyib. Belə
bir suallım var: BMT Təhlükəsizlik
Şurasının Ermənistan
qoşunlarının Azərbaycan
torpaqlarından çıxarılmasını
tələb edən qətnamələrinin qəbul
edilməsindən 25 il keçir. Niyə BMT Təhlükəsizlik Şurasının
bu 25 ildə Ermənistanın qoşunlarının
Azərbaycan torpaqlarından
çıxarılmasını tələb etməsi ilə bağlı heç bir sessiyası da keçirilməyib?
-Ermənilərin
iddia etdikləri məsələlərdən biri
də Dağlıq Qarabağın etnik ermənilərin yaşadığı
ərazi olması və onların özlərini müdafiə
etmək zərurətidir.
Biz sonradan Azərbaycanda
etnik ermənilərə
etinasız münasibət
göstəriləcəyini və ya onların
təhlükə ilə
üzləşəcəkləri kimi əsasların olacağını güman
edə bilərikmi?
-Tarixə nəzər salsanız görərsiniz ki, ermənilər Azərbaycan
ərazisində çox
xoşbəxt yaşayıblar.
80-ci illərin sonlarına qədər Dağlıq Qarabağ Azərbaycanın ən inkişaf etmiş bölgələrindən
biri olub. Erməni separatçıları və
terrorçuları Dağlıq Qarabağın Azərbaycandan
ayrılması istiqamətində səylər göstərməyə
başladılar və bu hadisələrdən
sonra Ermənistan Azərbaycana
qarşı hərbi təcavüzə başladı. Biz hesab edirik
ki, Dağlıq Qarabağın erməni
icması və ya bizim
erməni mənşəli vətəndaşlar Azərbaycan
Respublikasının vətəndaşlarıdır. Onların
Azərbaycan Konstitusiyasına uyğun olaraq onların tam
hüquqlarını təmin etməyə hazırıq. Eyni zamanda, biz
Dağlıq Qarabağın etnik cəhətdən
təmizlənmiş azərbaycanlı icmasını da dana bilmərik. Azərbaycanın
suveren ərazilərində
işğalçılıq siyasəti həyata keçirən
ermənilər azərbaycanlıların mövcudluğunu
belə tamamilə inkar edirlər. Bəs bir milyon azərbaycanlı
məcburi köçkünün və
qaçqının hüquqları necə olsun?
Biz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
Azərbaycanın erməni icmasının bütün
əsas hüquqlarını təmin etməyə
hazırıq.
Azərbaycan.- 2020.-1 oktyabr.- S.5.