Cəbhə bölgəsində
yüksək əhvali-ruhiyyə
yaşanır
Ölkəmizdə uzun müddət həsrətində olduğumuz
yüksək əhvali-ruhiyyə
yaşanır. Hamı bir-birini təbrik
edir, gözaydınlığı
verir. Uzun illərdir bu
günün intizarını
çəkirik. Səbir kasamız
dəfələrlə dolub-boşalsa
da, dözmüşük,
əlverişli zamanın,
sərfəli məqamın
yetişəcəyi anı
gözləmişik.
Bu da gözlənilən an! Cəbhədən alınan qələbə
soraqlı xəbərlər
bu elin, bu obanın uşaqlı-böyüklü hər
bir övladının
ürəyində qürura
çevrilir. Şanlı Ordumuzun
zəfər yürüşüdür
bu qüruru doğuran. Qəhrəman
Azərbaycan əsgərinin
güclü əks-həmlələri
ilə yaşayış
məntəqələrimiz Ermənistan silahlı qüvvələrinin işğalından
azad edilir, müqəddəs bayrağımız
bölgənin ən uca zirvəsi olan Murovdağ yüksəkliyinə sancılır
-bundan sevincli xəbər olarmı...
Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin nikbin qələbə notları ilə dolu müraciəti başladığımız müqqədəs
savaşın ədalətli
məqsəd və məramlarını bir daha bütün dünyaya bəyan etdi. Xalqımızın bildiyi həqiqətləri
dünya ictimaiyyəti
bir daha eşitdi. Eşitdi ki, bizim özgə torpaqlarında
gözümüz yoxdur,
amma doğma Vətənimizin bir qarış torpağının
da erməni işğalında qalması
ilə barışa bilmərik. Dövlət başçısının inamla vurğuladığı
bu məram indi Vətən sevdalı milyonların dilində səslənən
azadlıq simfoniyasının
nəqarətinə çevrilib.
Bəli, ölkəmizdə müharibə
gedir. Azərbaycan əsgəri 30 ilə
yaxın bir zaman ərzində erməni işğalı
altında qalan Vətənimizin ərazi bütövlüyünü bərpa
etmək uğrunda müqəddəs savaşa
atılıb. Bu, Vətən
müharibəsidir! Bu, bizim
haqqımızdır və
bu haqqı bizdən kimsə ala bilməz!
Uğurlarımız, üstünlüyümüz göz
önündədir bu
müqəddəs savaşda. Düşmənlərimizi əsgər və döyüş texnikası
sarıdan böyük
itkilərə məruz
qoyuruq. Azərbaycan əsgəri müqavimət
göstərən düşmən
ordusunu vurur, atəş nöqtələrini
zərərsizləşdirir. Ermənistan ordusu isə kəndlərimizi, şəhərlərimizi,
mülki əhalimizi hədəf alır, evləri, məktəbləri
xəstəxanaları dağıdır.
Biz Vətənimizi işğaldan azad edirik. Düşmənlərimiz isə Azərbaycan
ərazilərini işğal
altında saxlamağa
cəhd edir. Amma unudur ki, artıq
90-cı illər deyil.
Zaman da, qüvvələr nisbəti də dəyişib. Azərbaycan ötən
illər ərzində
güclü, modern ordu
yaradıb. Bu ordu indi döyüş
meydanında gerçək
bir qəhrəmanlıq
nümunəsi göstərir.
Ordusuna güvənən xalqımız
isə tezliklə bayrağımızın bütün
işğal altındakı
ərazilərdə dalğalanacağına
şübhə etmir.
Bu gün
itkilərimiz olsa da, düşmən mərmiləri evlərimizi
dağıtsa da, hər kəs qürurludur. Şəhid atası da,
evi yerləyeksan olan ailə başçısı da
"Təki Vətən
sağ olsun!” deyir. Bu gün
xalqımız öz ordusu ilə nəfəs alır.
Ordu isə döyüş meydanında qazandığı
zəfərlərlə xalqa
əvəzedilməz hisslər
yaşadır.
Zəfərin mübarək,
Azərbaycan əsgəri!
Lazım QULİYEV
Azərbaycan.- 2020.-1 oktyabr.- S.7.