Ermənistan ordusunun “Toçka-U” kompleksindən atdığı
raketlərdən üçü
partlamayıb
Ermənistan silahlı qüvvələri “Toçka-U” taktiki raket kompleksindən istifadə edib. Lakin düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin mətbuat xidməti partlamayan raketlərdən birinin fotoşəklini təqdim edib.
Azərbaycan.- 2020.-1 oktyabr.- S.8.