Hazırkı vaxtadək mülki əhalidən 14 nəfər həlak olub, 46 nəfər xəsarət alıb
Məlum olduğu
kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi
rəhbərliyi beynəlxalq
hüququn norma
və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə
qarşı terror əməllərini
davam etdirir.
Azərbaycan Respublikası
Baş Prokurorluğunun
mətbuat xidmətindən
bildiriblər ki, düşmənin silahlı
qüvvələrinin dinc
Azərbaycan əhalisinin
sıx yaşadığı
əraziləri növbəti
dəfə ağır
artilleriyadan atəşə
tutması nəticəsində
hazırkı vaxtadək
ümumilikdə mülki
əhalidən 46 nəfər
müxtəlif dərəcəli
bədən xəsarətləri
alaraq xəstəxanalara
yerləşdirilib, 14 nəfər
isə həlak olub.
Bundan başqa,
Ermənistan hərbi birləşmələri əhalinin
kompakt olduğu məntəqələri - rayon və
kənd mərkəzlərini,
mülki infrastruktur obyektlərini – yaşayış
evlərini, xəstəxanaları,
tibb məntəqələrini,
məktəb binalarını,
uşaq bağçalarını,
dövlət qurumlarının
inzibati binalarını,
təsərrüfat təyinatlı
əraziləri ağır
artilleriya qurğularından
intensiv atəşə
tutmaqda davam edir.
İşğalçı ölkənin
silahlı qüvvələrinin
mülki infrastruktur obyektləri atəşə
tutması nəticəsində
116 yaşayış evinə,
həmçinin 26 mülki
obyektə, o cümlədən
Tərtər şəhərində
xalça-toxuculuq fabrikinə,
Ağdam rayonu, Təzəkənd kəndində
inşa edilmiş modul tipli məktəb
binasına, Tərtər
rayonunun Şıxarx qəsəbəsi 1 saylı
tam orta məktəbin
binasına, Tərtər
şəhəri 2 saylı
məktəb-liseyin binasına,
Tərtər rayonunun
Azad Qaraqoyunlu kəndi
ərazisində yerləşən
“MKT İstehsal Kommersiya”
MMC-nin pambıq zavoduna, Tərtər rayonu Qapanlı kəndində tibb məntəqəsinə külli
miqdarda ziyan vurulub. Eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri
yararsız vəziyyətə
düşmüş, çoxsaylı
xırda və iribuynuzlu heyvanlar tələf olub.
Hazırda prokurorluq əməkdaşları
tərəfindən döyüş
şəraitində mümkün
olan bütün istintaq-əməliyyat tədbirləri
həyata keçirilir.
Ordumuza və dinc əhaliyə
qarşı cinayətlər
törətmiş təxribatçı
erməni birləşmələrinin
hərbi qulluqçularının
beynəlxalq hüquq normaları çərçivəsində
məsuliyyətə cəlb
olunmaları üçün
Azərbaycan Respublikasının
Baş Prokurorluğu tərəfindən bütün
zəruri tədbirlər
görüləcək.
Azərbaycan.- 2020.-1 oktyabr.- S.8.