Malayziya Xarici İşlər Nazirliyindən Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən bəyanat

 

Malayziya Xarici İşlər Nazirliyi sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti hərbi təxribatla bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe nümayiş etdirilib.

Sənəddə deyilir ki, Malayziya sentyabrın 27-də yenidən başlayan gərgin hərbi qarşıdurma nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda pisləşən vəziyyətdən dərin narahatlıq keçirir.

Həmçinin qeyd olunub ki, Malayziya münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri daxil olmaqla beynəlxalq hüquq əsasında sülh yolu ilə həllinin tapılmasına yönəlmiş bütün səyləri dəstəkləyir.

 

Azərbaycan.- 2020.-1 oktyabr.- S.9.