Ermənistanın hərbi təcavüzünə son qoyulmalı və Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməlidir
Oktyabrın 1-də Belarus Prezidenti
Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə
telefonla zəng edib.
Azeri Defence saytının Prezidentin
Mətbuat Xidmətinə istinadən verdiyi xəbərə
görə, Belarus Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində
silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə
maraqlanıb.
Dövlət başçısı məlumat verərək bildirib ki, Ermənistanın sentyabrın 27-də səhər saatlarında başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli ağır artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində bu günə kimi hərbi qulluqçularımız, 17 mülki şəxs həlak olub, 50-dən çox mülki şəxs yaralanıb, 200-dən çox ev dağıdılıb. Buna cavab olaraq Azərbaycan tərəfi əks-hücum əməliyyatlarını həyata keçirir.
Prezident İlham Əliyev qeyd edib ki, artıq Ermənistan ərazisindən də Azərbaycan mövqeləri atəşə tutulur ki, bu da qəti şəkildə yolverilməzdir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hərbi təcavüzünə son qoyulmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Prezident
İlham Əliyev onu da bildirib ki,
Ermənistan tərəfi şüurlu
şəkildə danışıqlar prosesini
pozur və Ermənistan hərbi təxribatlara
rəvac verməklə yanaşı, danışıqlar
prosesinə də böyük zərbə
vurur.
Azərbaycan.-
2020.- 2 oktyabr.- S.1.