Rəcəb Tayyib Ərdoğan: Bölgədə sülhün yaranması Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsindən asılıdır

 

Bölgədə uzunmüddətli sülhün yaranmasının yolu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki çıxışında bildirib.

Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyən dövlət başçısı deyib: “Türkiyə olaraq bir millət, iki dövlət kimi gördüyümüz azərbaycanlı qardaşlarımıza bütün imkanlarımızla və qəlbimizin hökmü ilə dəstəyimizi davam etdirəcəyik”.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Ermənistan rəhbərliyi Türkiyəyə böhtan atmaqla məşğuldur. Dövlət başçısı Ermənistana dəstək olanları da qınayıb.

 

Azərbaycan.- 2020.-2 oktyabr.- S.1.