Milli Məclisin Sədri Sahibə Qafarova
Küveytin Azərbaycandakı səfirliyində
olub
Oktyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Küveyt Dövlətinin ölkəmizdəki səfirliyində olub.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sədr Sahibə Qafarova Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı ilə əlaqədar Azərbaycan dövləti və xalqı adından başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.
Sahibə Qafarova Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə söhbət edib, ona başsağlığı verib.
Səfir Səud
Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi
Azərbaycan Respublikasının rəhbərliyinə və
xalqına minnətdarlıq ifadə edib.
Azərbaycan.-
2020.-2 oktyabr.- S.3.