Azərbaycan Prezidentinin köməkçisi
İsrail portalına müsahibəsində
Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən
danışıb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin “Walla” xəbər portalına müsahibəsində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü barədə danışıb.
AZƏRTAC xəbər verir ki, Prezidentin
köməkçisi müsahibəsində İsrail-Azərbaycan
əlaqələrinə, xüsusilə də uğurlu
hərbi əməkdaşlığa, ticarət tərəfdaşlığına
da toxunub. “Biz bir çox
sahələrdə əməkdaşlıq edirik.
Biz əlaqələrimizi, eləcə də
hərbi əməkdaşlığımızı yüksək
qiymətləndiririk”, - deyə Hikmət Hacıyev qeyd edib.
Azərbaycan.-
2020.-2 oktyabr.- S.3.