Böyük Britaniyanın “The
Times” qəzeti Azərbaycan səfirinin cavab məktubunu dərc edib
Bu günlərdə Böyük Britaniyanın “The Times” qəzetində guya Türkiyənin Ermənistan silahlı qüvvələri ilə döyüşmək üçün Azərbaycana muzdlu əsgərlər göndərməsi ilə bağlı reallığı əks etdirməyən informasiya dərc olunub. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin həmin qəzetdə bu qərəzli informasiya ilə əlaqədar cavab məktubu dərc olunub. Səfir həmin informasiyanın müəllifinə yazır:
“Sizin
xəbəriniz reallığı əks etdirmir.
Özünün yüksək ixtisaslı
və lazımi səviyyədə təchiz olunmuş
Silahlı Qüvvələri olduğu halda, Azərbaycan başqa
bir ölkənin
döyüşçülərinə niyə ehtiyac duysun? Azərbaycanla
Türkiyə arasındakı hərbi əməkdaşlıq
yalnız hərbi təlimlərin keçirilməsi ilə məhdudlaşır.
Digər tərəfdən, indiyədək Yaxın Şərqin
bu münaqişəyə cəlb olunması
ancaq Livan və Suriyadan olan etnik ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində
qanunsuz məskunlaşdırılması
ilə bağlıdır.
Azərbaycan.-
2020.-2 oktyabr.- S.3.