Azərbaycan HHQ-nin döyüş
təyyarəsi və helikopterləri bugünkü
döyüşlərdə tətbiq olunmayıb
“Ermənistan
tərəfinin guya bu gün Azərbaycan
Hərbi Hava Qüvvələrinə məxsus
üç təyyarə,
iki helikopter və altı PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat yayıb:
V.Dərgahlı bildirib ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi, ümumiyyətlə, havaya qalxmayıb. HHQ-nin bütün döyüş aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.
Görünən odur ki, Ermənistan
Müdafiə Nazirliyinin rəsmiləri Azərbaycanın
itkiləri barədə yalan məlumatlar yaymaqla təsəlli tapmağa çalışırlar.
Azərbaycan.-
2020.-2 oktyabr.- S.4.