Ermənistan ordusunun hərbi hissəsinin
zərərsizləşdirilən komandirinin
yerinə fərarilik etmiş zabit təyinat alıb
Ermənistan ordusunun Madagizdə yerləşən 6-cı dağ atıcı alayının komandiri və onun müavini Azərbaycan Ordusunun bölmələrinin artilleriya atəşinə məruz qalıb və ağır yaralı vəziyyətdə döyüş mövqeyindən çıxarılıb.
AZƏRTAC xəbər verir ki, həmin hərbi hissə komandirinin yerinə 10-cu dağ atıcı diviziyasının komandir müavini Gevorq Manqalaryan təyin edilib.
Qeyd edək ki, G.Manqalaryan 2016-cı il Aprel döyüşləri zamanı döyüş meydanını özbaşına tərk etdiyi üçün ciddi şəkildə cəzalandırılıb. Lakin sonradan yüksək rütbəli qohumlarının müdaxiləsi nəticəsində yenidən bəraət qazanıb və müvafiq vəzifəyə təyin edilib.
Məlumdur ki,
G.Manqalaryan komandanlığın
etimadını qazanmayıb, əsgərlər və kiçik zabitlər arasında nüfuzu yoxdur. Bu fakt Ermənistan ordusunda vəziyyətin acınacaqlı olduğunu göstərir.
Azərbaycan.- 2020.-2 oktyabr.- S.4.