Ermənistan ordusu təminat baxımından ciddi problemlərlə üzləşir

 

Ermənistan hərbi birləşmələri Azərbaycan Ordusu bölmələrinin hücumlarının təzyiqləri altında bütün cəbhəboyu ağır itkilər verir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan ordusunun hərbi birləşmələrinin öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşdiyi məlum olub.

Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə çatdırmaqdan imtina edirlər.

 

Azərbaycan.- 2020.-2 oktyabr.- S.4.