Silahlı Qüvvələrimiz məqsədinə nail olmaq üçün hər hansı kənar qüvvəyə ehtiyac duymayacaq qədər peşəkar və güclüdür

 

Son günlərdə bəzi xarici KİV-də guya ki, Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı tamamilə yalaniftira dolu qarayaxma kampaniyasının aparıldığı­nı müşahidə edirik. Heç bir fakta əsaslanmayan, uydurma şəxslərlə müsahibələr şəklində yayılan bu iddiaların arxa­sında Ermənistanın durduğu heç bir şübhə doğurmur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın bəzi xarici media agentlikləri tərəfindən yayılan, guya, Azərbaycana Su­riyadan döyüşçülərin gətirilməsi ilə bağlı iddiaları şərh edərkən deyib.

Leyla Abdullayeva bildirib: Bu qarayaxma kampaniyasının məqsədi Ermənistan tərəfindən son zamanlar nümayişkaranə şəkildə həyata keçirilən və beynəlxalq humanitar hüqu­qun kobud pozulması olan Yaxın Şərq ölkələrindən terror təşkilatlarının nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinin yaratdığı mənfi beynəlxalq ictimai rəyi kompensasiya etmək cəhdidir.

Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının iş­ğalı zamanı hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı fakt­lar mövcuddur. Hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək, həyata keçirdi­yi yeni təcavüz aktı çərçivəsində Azərbaycana qarşı ekstremist ünsürlərdən geniş istifadə edir. Belə ki, Ermənistanın hərbi məqsədlər üçün istifadə oluna­caqkönüllü döyüşçü dəstələrin” yaradılması planı məhz illər ərzində Yaxın Şərq bölgəsindən Ermənistana köçürülmüş terror­çuların “xidmətlərindən” istifadə etmək məqsədi güdür.

İllərdən bəri ağır demoqra­fik böhran yaşayanbunun nəticəsində silahlı qüvvələrini komplektləşdirmək iqtidarın­da olmayan Ermənistandan fərqli olaraq, Azərbaycanın tam komplektləşdirilmiş Silahlı Qüvvələri mövcuddur və Silahlı Qüvvələrimiz qarşıya qoyu­lan məqsədə nail olmaq üçün hər hansı bir kənar qüvvəyə, xüsusilə də qeyri-nizami qrup­laşmalara ehtiyac duymayacaq qədər peşəkar və güclüdür.

Bu uydurma iddialar sadə məntiqə sığmadığı kimi, hərbi-texniki cəhətdən də tutarsızdır. Müxtəlif mənbələr, guya ki, Azərbaycana təxminən bir neçə yüz nəfər muzdlunun gətirildiyini iddia edir. O zaman belə bir sual ortaya çıxır: iki nizami ordunun mümkün toq­quşması kontekstində azsaylı qeyri-nizami dəstələr qüvvələr balansında nə dəyişiklik edə bilər? Əlbəttə, dezinformasiyanı yayanlar bu suala cavab vermək iqtidarında deyil.

Bir daha Azərbaycana qarşı aparılan bu çirkin id­diaları qətiyyətlə rədd edir və Azərbaycan Ordusunun öz beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün heç bir kənar qüvvəyə ehtiyacı olmadığını vurğulayırıq”.

 

Azərbaycan.- 2020.-2 oktyabr.- S.4.