Vətənə can da qurban, qan da...

 

Qanvermə aksiyası keçirən könüllülərimiz Milli Orduya hərtərəfli dəstək olmağa çalışırlar

 

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr hamı tərəfindən böyük sevinc ruh yüksəkliyi ilə qarşılanır.

Xalqımız qısa müddətdə Milli Ordunun əldə etdiyi zəfərlərə görə Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, cəsarətli mövqeyini alqışlamaqla, 1941-1945-ci illər müharibəsində olduğu kimi, bu gün "Ana Vətən çağırır!”, "Hər şey cəbhə üçün, hər şey Qələbə üçündevizi ilə öz dəstəyini göstərir.

Əlbəttə, söhbət yalnız gənclərimizin könüllü olaraq vətənin müdafiəsinə qalxmasından getmir.

Azərbaycan Respublikası Prezidentinin ölkədə qismən səfərbərliklə bağlı sərəncam imzalamamışdan da öncə ölkə gənclərinin könüllü olaraq ordu sıralarına yazılması kütləvi hal almışdı. Adıçəkilən sərəncam isə vətənpərvər Azərbaycan gəncliyini düşmən üzərində qələbə çalmaq üçün bir daha ruhlandırdı ki, bu da minlərlə çağırışçının ordu sıralarına yazılmasına stimul verdi.

Bütün bunlar Azərbaycan Ordusunun xalqın, onun vətənpərvər övladlarının Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını göstərdi. Orduya dəstək, ön cəbhədə vuruşub yaralanan əsgər zabitlərimizə qan vermək üçün gənclərin müraciəti keçirdiyi aksiyalar da həmrəyliyin başqa bir formasıdır.

 

Qələbəyə doğru...

 

B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya Transfiziologiya İnstitutuna könüllü qan vermək üçün kütləvi şəkildə gələn gənclərimiz bir daha vətənə canı ilə bağlı olmalarını təsdiqləyirdilər.

Bakı şəhər sakini Rəşad Əliyev belə tədbirlərin əhəmiyyətini dilə gətirməmişdən öncə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən sitat gətirərək qeyd etdi ki, bu gün ordumuz öz torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Prezident müraciətində xüsusi olaraq bildirdi ki, hazırda Azərbaycan Ordusu öz torpağında ərazi bütövlüyünü qoruyur, müdafiə edir: "...Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

R.Əliyev dedi ki, Ali Baş Komandanın bu fikirləri biz gənclərdə çox böyük ruh yüksəkliyi yaradıb! Bura könüllü şəkildə qan verməyə gələn gənclər ön cəbhədəki əsgər zabitlərimizlə həmrəy olduqlarını nümayiş etdirir. Bu isə o deməkdir ki, biz lazım olanda vətənə canımızla, qanımızla xidmət etməyə, torpaqlarımızın azadlığı uğrunda, haqq yolunda aparılan mübarizəyə qoşulmağa hazırıq! Bu gün Azərbaycan gəncliyinin bir devizi var: "Qələbəyə doğru... İlhamla, inamla irəli!”

"Rəşadətli Milli Ordumuzun düşmənə sarsıdıcı zərbəsi ilə bir sıra ərazilərimizi, xüsusən strateji yüksəkliklərimizi azad etməsindən ruhlanan xalqımızın Prezident İlham Əliyevin ətrafında daha sıx, monolit birlik nümayiş etdirməsi qələbə əzmimizi bir az da artırır”.

Bu fikirlərin müəllifi isə qan verməyə gəlmiş Bakı Dövlət Universitetinin tələbəsi Günay Behbudovadır: "... Yaşından, hərbi mükəlləfiyyətindən asılı olmayaraq, on minlərlə ölkə vətəndaşı, ehtiyatda olan zabitlər, qazilər, xüsusən gənclərimiz döyüşən Milli Orduda xidmət göstərmək üçün Azərbaycan Respublikasının Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər rayon şöbələrinə axışır. Döyüşən orduya öz dəstəyini müxtəlif formada göstərməklə biz düşmən üzərində qələbəni tezləşdirmiş oluruq. Bax belə: kimi silahı, canı, kimisi qanı ilə. Qan vermək üçün gələn gənclərimizə bildirilir ki, hələ buna ehtiyac yoxdur. Qan bankında kifayət qədər ehtiyatımız var. Bu, bir daha Azərbaycan səhiyyəsinin, hətta koronavirus pandemiyası şəraitində inkişaf səviyyəsi deməkdir. Bu, eyni zamanda onu da təsdiqləyir ki, düşmən bizə nəinki cəbhədə, səhiyyə sahəsində uduzmağa məcburdur. Çünki Ermənistanda hospital təminatı var, qan ehtiyatı. Biz gənclərin vətən qarşısında borcu bu günlərdə daha müqəddəsdir! Vətənə ana deyiriksə, onu düşmən əsarətindən xilas etmək üçün, sadəcə, sözlə yox, əməlimizlə təsdiqləməliyik. Ona görə canımızla, qanımızla bu qələbəni qazananların yanındayıq!”

 

Vətən üçün qan verməyə cümlə hazırız...

 

Bütün bunlar onu göstərir ki, döyüşkən ruhu ilə düşməni layiq olduğu yerdə oturdan Azərbaycan xalqı onun qüdrətli ordusu qələbə sevincini yaşamağa yaşatmağa qadirdir. Bunu ölkəmizin ayrı-ayrı vətəndaşlarının ürək sözlərindən duymaq, hiss etmək çətin deyil. Hər kəs ordumuzdan zəfər qələbə gözləyir. Buna görə hər an onun yanında olduğunu təsdiqləyir.

Goranboy rayonunun Qızılhacılı kəndindən olan müəllimə Həsənova İradə Saleh qızı isə sözünə döyüşən ordumuzu hərtərəfli təmin etdiyi üçün Ali Baş Komandana minnətdarlıqla başlayır: "...Möhtərəm Ali Baş Komandan, cənab İlham Əliyev! Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Sizin rəhbərliyinizlə Qələbəyə doğru inamla addımlayır. Ata tərəfim ulu Göyçədən, anam isə Kəlbəcərdən olub. Hər ikisi dünyasını dəyişib. İki dəfə qaçqınlıq-köçkünlük ağrısını yaşayan ulu kökümüz ermənilərin daşnak faşist ideologiyası ilə silahlanan quldur dəstələrinin bəd niyyətinin şahidi olub. Sonuncu dəfə isə qohum-əqrəbamız Göyçə Kəlbəcərdən qovulub. Ata yurdum Goranboyun kəndlərini ermənilərin bu gün atəşə məruz qoyması bir qadın, ana kimi məni çox hiddətləndirir. lazımdırsa, qanla-canla hazırıq! Vətənimizin bu günlərində Sizin, eləcə Milli Ordumuzun yanındayıq! Bütün Azərbaycan analarının bu günlər dua etdiyi yeganə bir övladı var - doğma vətən torpağı! Balalarımız cəbhədə, ruhumuz səngərdədir! Qanımız da halaldır vətənə, canımız da! Bu günü həsrətlə, intizarla gözləmişik! İnşallah ki, qətiyyətli addımınız büdrəməyəcək! Düşmən sarsılacaq! Torpaqlarımızı işğaldan azad etmək üçün Tanrı Sizi, əmrinizə hazır olan əsgər zabitlərimizi qorusun!”

Belə ürəkaçan fikir söyləyən, dua edən, qanını əsirgəməyən, sevincini bölüşən, hər an ordumuzdan xoş xəbər, qələbə müjdəsi gözləyənlərimizi saymaq-sadalamaq mümkün deyil. Əslən göyçəli olan, 1988-ci ildə ermənilər tərəfindən ailələri didərgin salınıb, Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşan Rzayev Sirac Əmir oğlu, Bakı şəhərindən Emin Rəşad Əliyevlər, Aytac Murad Rzayev qardaş-bacıları, həkimlərdən Aybəniz Nəcəfova, Leyla Abdullayeva, Sumqayıt şəhər sakini, oğlunu bu günlərdə ordu sıralarına yola salmış kitabxanaçı Sevda Məmmədova, ibtidai sinif müəllimi Aynurə Nəcəfova, Anar Əliyev, Ramin Bəhram Bəylərov qardaşları kimi qan verən yüzlərlə vətənpərvərin səmimi fikirləri, arzu istəkləri Ali Baş Komandanın, ordumuzun xalqımızın birliyi ilə tezliklə düşmən üzərində böyük qələbə çalmaq, torpaqlarımızı faşist xislətli erməni daşnaklarından azad etməkdir. Onlar bu gün öz qanlarını verməklə xalqımızın vətənpərvərlik ruhunu əzmkarlıqla daşıdıqlarını da təsdiqləyirlər.

Bəli, Azərbaycan qələbə ruhlu döyüşlərini davam etdirməkdə, Ermənistan isə qazandığı fəlakətin acı nəticələri ilə üz-üzə qalmaqdadır. Düşmənin fəlakəti yalnız hərbi texnika canlı qüvvə itkisi deyil. Cəbhədə yaralananların hospitalizasiyası, müalicəsi üçün yaradılmayan şərait onların itkilərinin durmadan artmasına səbəb olur. Qan ehtiyatının olmaması isə bir daha Ermənistan səhiyyəsinin iflic vəziyyətini təsdiqləyir. Ermənistan KİV-inin yazdığına görə, N. Paşinyan rejiminə qarşı ölkədə səngiməyən etirazların səbəblərindən biri məhz yaralı əsgərlərin qan, eləcə onları cəbhədə əvəz edəcək canlı qüvvənin çatışmamasıdır. Bir sözlə, Ermənistanın qan dilənməsi onun müharibəyə necə hazırlığının göstəricilərindən biridir.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2020.-2 oktyabr.- S.1; 9.