Ermənistan ordusu Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsini artilleriya atəşinə tutur

 

Oktyabrın 1-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsini artilleriya atəşinə tutur.

AZƏRTAC-ın cəbhə bölgəsindəki çəkiliş qrupu xəbər verir ki, mülki əhalini hədəfə alan düşmənin atdığı artilleriya atəşi nəticəsində sakinlər arasında ölən və xəsarət alan olmayıb.

Azərbaycan Ordusunun bölmələri düşmənə sarsıdıcı zərbələr endirir.

 

Azərbaycan.- 2020.-2 oktyabr.- S.10.