İlham Əliyevi milli maraqlardan
heç bir güc geri çəkindirə
bilməz
Oktyabrın 2-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Fransa Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırıb.
Prezident İlham Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib.
Dövlətimizin
başçısı onu da
qeyd edib ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində
addımlar ataraq bu
prosesə böyük zərbə vurub. Prezident İlham Əliyev vurğulayıb ki, danışıqların pozulması, eləcə
də silahlı qarşıdurmanın yaranmasına görə
məsuliyyət tam şəkildə Ermənistan
rəhbərliyinin üzərinə düşür.
Azərbaycan.- 2020.-4 oktyabr.- S.3.