BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinə
Ermənistanın hərbi
təxribatları barədə
məlumat verilib
Azərbaycan Respublikası Baş Nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının
sədri Əli Əhmədov oktyabrın
2-də BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisi
Qulam İshaqzai ilə görüşüb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata
görə, Baş Nazirin müavini Əli Əhmədov Ermənistanın Azərbaycana
qarşı törətdiyi
və bu gün də davam edən növbəti hərbi təxribatla bağlı vəziyyət barədə
məlumat verib. Qeyd edib ki, sentyabrın
27-də Ermənistan qoşunlarının
təmas xətti boyu yaşayış məntəqələrimizi, hərbi
birləşmələrimizin mövqelərini ağır
artilleriya qurğularından
atəşə tutması
nəticəsində mülki
şəxslərimiz və
hərbi qulluqçularımız
həlak olublar. Azərbaycan buna cavab olaraq
özünümüdafiə hüququ çərçivəsində
və mülki əhalinin təhlükəsizliyini
təmin etmək məqsədilə Ermənistan
silahlı qüvvələrinə
qarşı müvafiq
əks-hücum əməliyyatları
həyata keçirir.
Bundan əvvəl də iyul-avqust aylarında Ermənistan tərəfindən
Azərbaycana qarşı
hərbi təxribatların
törədildiyini və
nəticədə hərbçilərimizin
və mülki şəxslərimizin həlak
olduğunu deyən Əli Əhmədov bu təxribatları Ermənistanın ölkəmizə
qarşı təcavüzkar
siyasətinin davamı
kimi qiymətləndirib.
Qeyd edib ki, Ermənistanın
hərbi təxribatı
ilə bağlı hadisələrin gələcək
inkişafına görə
məsuliyyət Ermənistanın
siyasi və hərbi rəhbərliyinin
üzərinə düşür,
Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında
olmamalıdır.
Baş Nazirin müavini vurğulayıb ki, Ermənistan Azərbaycanın
işğal olunmuş
ərazilərinə başqa
ölkələrdən xarici
vətəndaşların qanunsuz
məskunlaşmasını həyata keçirir ki, bu da
Cenevrə Konvensiyasına
görə beynəlxalq
hüququn ciddi pozulması və müharibə cinayətidir. Ermənilərin Azərbaycan əhalisinin cəmi bir faizini
təşkil edən,
Azərbaycan ərazisində
yaşayan etnik azlıq olduğunu bildirən Əli Əhmədov dünyanın
heç bir yerində belə bir azlığın özünə müstəqillik
tələb etməsi
hallarına rast gəlinmədiyini deyib.
Qulam İshaqzai Ermənistan-Azərbaycan
təmas xəttində
silahlı qarşıdurmanın
baş verməsi ilə bağlı narahatlığını ifadə
edib. O, cəbhə xəttinə
yaxın yerləşən
rayonların mülki əhalisi arasında sorğu keçirilməklə
BMT-nin müvafiq humanitar yardım göstərməyə hazır
olduğunu bildirib. Qeyd edib ki, bu
yardımın psixoloji
dəstək, xüsusi
çadırların qurulması,
ərazilərin minalardan
təmizlənməsi və
digər formalarda reallaşdırılması mümkündür.
Baş Nazirin müavini Əli Əhmədov təklifə görə qarşı tərəfə
minnətdarlığını bildirib, hazırkı mərhələdə Azərbaycanın
yardıma ehtiyac duymadığını vurğulayıb.
Azərbaycan.- 2020.-4 oktyabr.- S.3.