Azərbaycanın və
Fransanın Xarici İşlər nazirləri
arasında telefon
danışığı olub
Oktyabrın 2-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir Jan İv Lö Drian bölgədə yaşanan gərginlikdən ciddi narahatlıq ifadə edib. O, gərginliyin aradan qaldırılması və atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb. Bu xüsusda, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin açıqlamasına istinad edilib.
Ceyhun Bayramov bu ilin 27 sentyabr tarixində
Ermənistan tərəfinin əl atdığı yeni hərbi təcavüzə cavab
olaraq, Azərbaycan Respublikasının
Silahlı Qüvvələrinin öz beynəlxalq
tanınmış sərhədləri çərçivəsində
əks həmlələri həyata keçirdiyini
bildirib. Nazir Ermənistan
silahlı qüvvələrinin azərbaycanlı mülki şəxslərin və mülki infrastrukturun məqsədli
şəkildə hədəfə alınmasına və mülki insanlar arasında
itkilərin olması faktına diqqəti cəlb edib. Bunun Ermənistan tərəfindən
növbəti dəfə beynəlxalq humanitar
hüququn kobud şəkildə
pozulması halının olduğunu vurğulayan nazir, dinc əhalinin atəşə
tutulmasının Ermənistan rəhbərliyinin terrorçu mahiyyətini göstərdiyini qeyd edib. Nazir
bölgədə gərginliyin hələ də davam etdiyini bildirərək,
yaranmış vəziyyətin tam məsuliyyətinin
Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərinə
düşdüyünü qeyd edib.
Azərbaycan.-2020.- 3 oktyabr.- S.3.