XİN ATƏT-in Minsk qrupunun həmsədr
ölkələrinin rəhbərlərinin bəyanatına dair açıqlama yayıb
Məlum olduğu kimi, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.
Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktı Ermənistanın son aylar ərzində sərgilədiyi təxribatçı fəaliyyətin, o cümlədən 12-16 iyul Tovuz istiqamətində hücum cəhdi, 23 avqust Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və fəaliyyətinin davamıdır.
Bu fikrilər Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin bəyanatına dair açıqlamasında yer alıb.
XİN-in
açıqlamasında deyilir: “Azərbaycan
Respublikasının Prezident İlham Əliyev BMT-nin Baş
Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələrdə
çıxışı zamanı Ermənistanın Azərbaycana
qarşı yeni hərbi təxribata
hazırlaşdığı ilə bağlı xəbərdarlıq
edib. Qeyd etmək istərdik ki, Ermənistan
rəhbərliyi tərəfindən həm sözdə, həm
də əməldə törədilmiş təxribatlar, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərindəki
qondarma rejimin “inaqurasiyasında”
iştirak üçün
Şuşa şəhərinə getməsi,
işğal olunmuş
Xankəndi şəhərində təhrikçi
xarakterli “Qarabağ
Ermənistandır” bəyanatını səsləndirməsi,
işğalçı ölkənin “yeni
ərazilər üçün yeni müharibə” konsepsiyasının irəli
sürməsi, münaqişənin həlli danışıqlarda
7 qeyd şərt irəli sürməsi,
eləcə də danışıqların formatını
dəyişdirmək cəhdləri ATƏT-in Minsk
qrupu həmsədrlərinin vasitəçiliyi
ilə aparılan münaqişənin həlli prosesinə zərbə
vurub. Azərbaycana
qarşı növbəti hərbi təcavüzü çərçivəsində
Ermənistan silahlı qüvvələri ənənəvi
şəkildə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də
beynəlxalq humanitar hüquq
və 1949-cu il Cenevrə Konvensiyaları
və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq,
Azərbaycanın mülki
əhalisini və infrastrukturunu məqsədyönlü
şəkildə atəşə tutur, bununla da mülki
əhaliyə qarşı müxtəlif cinayətlər
törədir. Oktyabrın 1-nə olan məlumata
əsasən, Azərbaycanın 19 mülki
şəxsi qətlə yetirilib, 55 nəfər
yaralanıb və 200-dən çox ev və mülki obyektlər
dağıdılıb. Ermənistan tərəfindən Azərbaycanın
Dağlıq Qarabağ bölgəsi və
ətraf rayonlarının işğalı zamanı hərbi əməliyyatlarda
terror qruplaşmalarından və muzdlu döyüşçülərdən
istifadə edildiyinə dair
çoxsaylı faktlar mövcuddur.
Hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək,
həyata keçirdiyi yeni
təcavüz aktı çərçivəsində Azərbaycana
qarşı ekstremist ünsürlərdən
geniş istifadə edir.
ATƏT-in Minsk qrupu bu günədək verdiyi
çoxsaylı bəyanatlarda status-kvo vəziyyətinin
qəbuledilməz olduğunu
vurğulayıb. Ermənistan isə buna rəğmən
işğala əsaslanan status-kvo
rejiminin möhkəmləndirilməsi məqsədini
güdür. Görünən odur ki, Ermənistan
münaqişəni danışıqlar yolu
ilə həllində maraqlı deyil və
işğal etdiyi ərazilərin
ilhaqına çalışır. BMT Təhlükəsizlik
Şurasının 1993-cü il 822, 853,
874 və 884 saylı qətnamələri başda
olmaqla beynəlxalq təşkilatların
qəbul etdiyi çoxsaylı qərarların
Ermənistanın işğalçı qüvvələrinin
Azərbaycanın işğal edilmiş bütün ərazilərində
çıxarılması ilə əlaqədar tələbləri
bu günədək Ermənistan tərəfindən
yerinə yetirilmir. Əksinə, cəzasızlıq
mühitində Ermənistan Azərbaycana qarşı yeni təcavüz aktlarına əl atır.
Bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyin üzərinə
düşür”.
Azərbaycan.-2020.- 3 oktyabr.- S.3.