“Euractiv”:
Macarıstan Azərbaycanı dəstəkləyib
Dağlıq
Qarabağda gərginləşən qarşıdurmada
Macarıstanın mövqeyi Azərbaycanı dəstəkləməkdən
ibarətdir.
AZƏRTAC
xəbər verir ki, bu barədə Avropa İttifaqının
“Euractiv” internet-nəşri yazır.
Nəşrdə
bildirilir ki, Macarıstan XİN-in bəyanatında deyilir:
“Sakinləri arasında ermənilərin sayca
üstünlük təşkil etdiyi Dağlıq Qarabağ
Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri
hüdudunda yerləşir və Macarıstan beynəlxalq
hüququn ümumi prinsipi kimi dövlətlərin ərazi
bütövlüyünü və suverenliyini dəstəkləyir”.
İnternet-portalda
Macarıstan XİN-in bəyanatından “Macarıstan Ermənistan-Azərbaycan
münaqişəsinin genişləndiyi zonada gərginliyin
azaldılmasına və münaqişənin ATƏT-in Minsk
qrupu formatı çərçivəsində
danışıqlar yolu ilə həllinə
çağırır” sözlərini sitat gətirilir.
Azərbaycan.-2020.- 3 oktyabr.- S.3.