Ermənistan ordusunun
Azərbaycanın yaşayış məntəqələrini
və mülki əhalisini qəsdən hədəfə
alması vəhşilik, barbarlıqdır
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir. Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Bu, vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri KİV-ə
açıqlamasında Prezidentin köməkçisi-Prezident
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət
Hacıyev deyib: "Ermənistanın beynəlxalq humanitar
hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının
müddəalarını kobud surətdə pozan bu hərəkəti
müharibə cinayətidir. Bildiririk
ki, Azərbaycan Silahlı Qüvvələri
tərəfindən adekvat cavab
tədbirləri həyata keçiriləcək”.
Azərbaycan.-2020.- 3 oktyabr.- S.3.