Hikmət Hacıyev: Bu gün Azərbaycanda ümummilli həmrəylik hökm
sürür
Azərbaycan xalqı bizə dəstək verən dost dövlətləri və riyakarları heç vaxt unutmayacaq. Azərbaycan dövlətinin işi haqq işidir. Azərbaycan Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması üçün mübarizə aparır. İşğala son qoyulduqdan sonra regionun inkişafı üçün münbit zəmin yaranacaq.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası
Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin
köməkçisi bildirib ki, bu gün ölkəmizdə
ümummilli həmrəylik var. Torpaqlarımızın azad edilməsi Azərbaycan xalqının tələbidir.
Münaqişənin Azərbaycan xalqının iradəsindən
kənar həlli mövcud deyil.
Bu xüsusda qardaş Türkiyənin Azərbaycana dəstəyini
yüksək qiymətləndiririk. O cümlədən
Pakistanın da dəstəyini yüksək
dəyərləndiririk. Macarıstanın, Türk
Şurasının, İslam Əməkdaşlıq
Təşkilatının Azərbaycana dəstəyini də
yüksək qiymətləndiririk.
Azərbaycan.-2020.- 3 oktyabr.- S.3.