Ermənistan Silahlı Qüvvələrinin
193-cü desant həmlə taborunun döyüş
bayrağı ələ keçirilib
İşğalçı
Ermənistan silahlı qüvvələrinin bölmələri
rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı zərbələri
qarşısında duruş gətirməyərək nəinki
öz mövqelərini, hətta döyüş
bayraqlarını də qoyub qaçır.
Azeri
Defence saytı AZƏRTAC-a istinadən xəbər verir ki, Ermənistan
silahlı qüvvələrinin 193-cü desant həmlə
taborunun hava endirim komanda birliyinin döyüş
bayrağı ələ keçirilib.
Döyüş
bayrağı hər bir hərbi hissənin şərəf və
qeyrət rəmzidir. Bu bayraq aid olduğu hərbi hissə ilə
birlikdə döyüş əməliyyatları bölgəsində
olmalıdır. Hərbi hissənin bütün şəxsi
heyəti döyüş bayrağını fədakarlıq
və mərdliklə qorumalı, onun ələ keçirilməsinə
yol verməməlidir. Döyüş bayrağı itirildikdə
onun məxsus olduğu hərbi hissə ləğv edilməlidir.
Fotolardan
da göründüyü kimi, düşmənin 193-cü
desant həmlə taborunun hava endirim komanda birliyinin
döyüş bayrağı cəsur Azərbaycan əsgərinin
ayaqları altındadır. Bu fotolar bir daha sübut edir ki, əgər
Ermənistan ordusu Azərbaycanın əbədi və əzəli
torpaqlarından geri çəkilməsə, onun işğal
olunmuş ərazilərimizdəki digər hərbi hissə və
bölmələrini də eyni aqibət gözləyir.
Azərbaycan.-2020.- 3 oktyabr.- S.4.