Ermənistan ordusunun
daha bir neçə hərbi
texnikası ələ keçirilib
Azərbaycan
Ordusunun qətiyyətli zərbələri
qarşısında duruş gətirə bilməyən
düşmən silah-sursatını, döyüş
texnikalarını ataraq və döyüş mövqelərini
tərk edərək qaçır.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, qəhrəman hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin daha bir neçə - ondan çox texnikasını, o cümlədən “URAL” markalı hərbi maşınlarını qənimət olaraq ələ keçirib. Avtomobillərin içərisində Ermənistan ordusuna məxsus silah-sursat, geyimlər, əsgər ləvazimatları və s. aşkarlanıb. Hərbi texnikalar çox istifadəyə yararlıdır.
Qeyd edək ki,
daha əvvəl də Ermənistan ordusunun bir neçə hərbi
maşını qənimət olaraq ələ
keçirilmişdi.
Azərbaycan.-2020.- 3 oktyabr.- S.4.