Hikmət Hacıyev: “Danışıqlar
prosesinin konkret nəticələri
olmalıdır”
Azərbaycan həmişə danışıqlar prosesində iştirak edir. Danışıqlar prosesini pozan Ermənistandır. Ona görə də bu müraciətlər, ilk növbədə, Ermənistana olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin
köməkçisi deyib ki,
danışıqlar naminə danışıqlar artıq hər
kəsi taqətdən salıb. Danışıqlar prosesindən
konkret nəticə gözlənilir. Ona görə
də proses, ilk
növbədə, nəticəyönümlü
olmalıdır ki, Ermənistanın
silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindəki
mövcudluğuna son qoyulsun, Ermənistan qoşunları Azərbaycanın
işğal olunmuş
ərazilərindən çıxarılsın, BMT Təhlükəsizlik
Şurasının aidiyyəti qətnamələrinin həyata
keçirilməsi təmin olunsun. Azərbaycan
konstruktivliyini, danışıqlar prosesindəki
mövqeyini aydın və birmənalı
şəkildə ifadə edib. Hesab edirik, indiki
şəraitdə də beynəlxalq ictimaiyyət Ermənistana
daha böyük siyasi-diplomatik təzyiq göstərməlidir ki, Ermənistan qoşunlarını Azərbaycanın
işğal olunmuş
ərazilərindən çıxarsın. Bütün
bunlar barədə Prezident
İlham Əliyev beynəlxalq media kanallarına verdiyi
müsahibələrdə də ətraflı məlumat verib.
Azərbaycan.- 2020.- 4 oktyabr.- S.5.