Ermənistan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə dalandan baxır

 

Prezident İlham Əliyev: "Ermənistanı bu enerji və nəqliyyat layihələrindən biz təcrid etmişik... Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də olacaq

 

 

Hər sahədə "qəhrəman” kimi görünməyə can atan Ermənistan öz iqtisadiyyatına aid saxta rəqəmlər açıqlayır, Azərbaycanın nailiyyətlərinə kölgə salmaq məqsədilə yalan məlumatlar yayır. Bu da təəccüblü deyil. Çünki qonşu ölkənin nəfəsi daim yalanla gedib-gələn rəhbərliyi şər atmağı, böhtan yağdırmağı az qala peşə kimi mənimsəyib.

Əslində isə, Ermənistan sosial-iqtisadi sahədə böyük gerilik yaşayan, inkişafdan kənarda qalan, sakinləri dəstələrlə köçüb başqa məmləkətlərə gedən bir ölkədir.

Təkcə o faktı qeyd etmək kifayətdir ki, bu ölkə regionda həyata keçirilən qlobal layihələrin heç birinin iştirakçısı deyil. Öz xislətinə görə bu layihələrin hamısından qıraqda qalıb. Neft, qaz ixracı marşrutları, dəmiryolu xətləri, nəqliyyat dəhlizləri Ermənistandan yan keçir. Bir sözlə, Ermənistan bu sahədə də çıxdaş olan bir ölkədir.

Azərbaycan dünya əhəmiyyətli nəhəng layihələr həyata keçiribbu istiqamətdə işləri uğurla davam etdirir. Hələ keçən əsrin sonunda Bakı-Novorossiysk, Bakı-Supsa kimi neft kəmərlərini işə saldı. Ardınca üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərini çəkdi. Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisində 1768 kilometr məsafə boyu uzanan bu kəmər Xəzərin ölkəmizə məxsus sektorundan çıxarılan nefti dünya bazarlarına çatdırır.

BTC bütün regiona xeyir-bərəkət gətirən kəmərdir və belə bir xəttin Ermənistandan yan keçməsi bu ölkənin həm siyasi imicinə, həm də əhalisinin güzəranına böyük zərbədir.

Ermənistan eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsindən kənarda qaldı. Təbii ki, bundan sonra çəkilən müxtəlif təyinatlı xətlər də oradan yan keçdi.

Azərbaycan qonşu Gürcüstan və Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunu çəkdi. "Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olan bu yolla daşımalar ildən-ilə artır.

Ölkəmiz Rusiyaİranla "Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə uğurlu aparır. Bu dəhlizin fəaliyyətinin daha səmərəli olması üçün növbəti addımlar atılır.

Ermənistan isə bütün bu nəhəng işlərə kənardan, düşdüyü iqtisadi dalandan seyrçi kimi baxır. Səbəb aydındır. Prezident İlham Əliyev bu barədə belə demişdir: "Ermənistanı bu enerji və nəqliyyat layihələrindən biz təcrid etmişikbunu heç vaxt gizlətməmişik. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz Ermənistanı regionda bizim iştirakımızla reallaşdırılan bütün önəmli layihələrdən təcrid edəcəyik və biz buna nail olduq, həmişə olduğu kimi, sözümüzə sadiq qaldıq. Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır. Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də olacaq. Beləliklə, Ermənistan rəhbərliyi növbəti dəfə saxta məlumat əsasında Ermənistanı Azərbaycanla müqayisə etmək istəsə, yaxşı fikirləşsin. Çünki idman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır və getdikcə bu fərq daha da böyüyəcək”.

Regional və qlobal layihələrdən kənarda qalması Ermənistanın iqtisadiyyatına böyük zərbə vurur. Keçən ilin yekunlarına görə, Azərbaycanda yoxsulluğun səviyyəsi 4,5 faiz olduğu halda, Ermənistanda 24 faiz, yəni 5 dəfə çox olmuşdur. Getdikcə müflisləşən bu ölkə sosial-iqtisadi cəhətdən o qədər acizdir ki, döyüşçü kimi özgə torpağına gətirdiyi və urvatsız ölümünə bais olduğu əsgərlərin ailələrinə yardım da edə bilmir. Təkcə onu demək kifayətdir ki, hələ indiyədək Ermənistan rəhbərliyi Qarabağda öldürülən bir əsgərin, yaxud zabitin ailəsinə mənzil verə bilməyib. Daha doğrusu, orada belə bir proqram heç mövcud deyil. Başqa yardım və köməklərdən də danışmağa dəyməz.

Bir daha vurğulayaq ki, Azərbaycan mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması yaradıb. Ölkəmiz bir çox qlobal layihələrin təşəbbüsçüsüdür və onları həmin əməkdaşlıq və tərəfdaşlıq şəraitində uğurla həyata keçirir. Ermənistan isə özünün saysız-hesabsız səhvləri və günahları ucbatından bu platformadan kənarda qalıb. Prezident İlham Əliyevin dediyi kimi: "Biz qonşularla dostuq, əməkdaşlıq, səmimiyyət əsasında münasibətləri qurmuşuq və məhz buna görə bu layihələrə nail olmuşuq. Ermənistan isə əsrlər boyu qonşulara xor gözlə baxır, qonşulardan nəsə qoparmaq istəyir, onların torpağına iddia edir, tarixi saxtalaşdırır və özününküləşdirməyə cəhd edir. Fərq bundan ibarətdir”.

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 3 oktyabr.- S.11.