Bu gün Azərbaycanda hamı bir candır

 

XX əsr Azərbaycan tarixində 1918-ci il Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr baxımından yəqin ki, ən əhəmiyyətli zaman kəsiyidir. Bu hadisələrin ən yüksək zirvəsi 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir.

Lakin 1918-ci ilin əlamətdar hadisələrindən əvvəl bütün Azərbaycan xalqı üçün ümumi faciəyə çevrilmiş, hətta onun mövcudluğunu şübhə altında qoymuş hadisələr baş vermişdir. Azərbaycanın bir çox qəzalarında bolşevik adı ilə daşnak erməni vandalları tərəfindən minlərlə dinc sakin soyqırımlara məruz qalmış işgəncələrlə, insanlığa sığmayan min bir müsibətlərlə qətlə yetirilmişlər. Bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirtdikləri kütləvi etnik təmizləmə təcavüz siyasəti nəticəsində Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran digər bölgələrdə on minlərlə günahsız azərbaycanlılarla yanaşı, öz tarixi torpaqlarında dinc şəkildə yaşayan müxtəlif tarixi dövrlərdə burada məskunlaşan milli-dini qrupların nümayəndələri - yəhudilər, ləzgilər, tatlar digər xalqlar da bu taleyi yaşamışlar.

Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərmana əsasən, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilmiş artıq 22 ildir dünya azərbaycanlıları bu günü xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımı kimi qeyd edirlər.

Soyqırımı Memorial Kompleksinin inşasına 2007-ci ildə - Quba soyqırımı məzarlığı aşkarlandıqdan sonra Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli sərəncamına əsasən başlanılmış 2013-cü ildə dövlət başçısının iştirakı ilə açılışı olmuşdur. Xüsusi memarlıq üslubu ilə inşa edilmiş müasir standartlara cavab verən kompleks istifadəyə verildiyi gündən bu günədək yerli dünyanın müxtəlif ölkələrindən minlərlə ziyarətçi qəbul etmişdir.

Quba müxtəlif milli azlıqların etnik qrupların qardaş kimi yaşadığı rayondur. Tarixboyu bu xalqlar doğma yurd, vətən uğrunda birlik nümayiş etdirmiş, lazım gəldikdə yağı düşmənlə mübarizə aparmış son damla qanlarınadək vuruşmağı müqəddəs borcları bilmişlər. 1918-ci ildə bolşevik adı ilə erməni daşnaklar tərəfindən Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Quba qəzasında dinc sakinlərə qarşı soyqırımı törədilərkən yerli xalqlar - yəhudi, tat, ləzgi, qrız, haput digərləri amansiz vəhşiliklərə məruz qalmışlar. Yerli qüvvələr bu cür maskalanmış bolşeviklərə qarşı mübarizə apararkən həmin qüvvələrin tərkibində müxtəlif etnik qrupların nümayəndələri birgə döyüşmüşlər.

Birinci Qarabağ savaşında da Qubada yaşayan milli azlıqlar etnik qrupların nümayəndələri ilk gündən erməni vandallarının hücumlarının qarşısını almaq məqsədilə könüllü müharibəyə getmiş şəhidlik zirvəsinə yüksəlmişlər. Qubada yaşayan dağ yəhudilərinin igid oğlu Albert Aqarunov digərlərinin qəhrəmanlıqları hər birimizə bəllidir. Çünki hamı - millətindən asılı olmayaraq Azərbaycana Vətən, torpağına Ana deyir. Öz sinəsini kürəyi əvəzinə, bu torpağa uzanan əllərə, güllələrə sipər edən oğulları olan Vətən isə heç vaxt basılmaz.

Sentyabrın 27-də ermənilərin təxribatçı hücumları ilə başlanan ikinci Qarabağ savaşının ilk saatlarından etibarən hər bir azərbaycanlı kimi, qubalılar da Ali Baş Komandana Şanlı Ordumuza yüksək inamlarını nümayiş etdirirlər. Yaşından, milliyyətindən asılı olmayaraq hamı axın-axın Hərbi Səfərbərlik üzrə Dövlət Xidmətinin Quba şöbəsinə gedirkönüllü surətdə cəbhəyə getmək və işğalda olan doğma torpaqlarımızı azad etmək əzmində olduqlarını bildirirlər. Qeyd edim ki, onların sıralarında mən də varam və mənim kimi onlarca xanım bu savaşda iştirak etməyi özünə Vətən borcu bilir.

Bu gün Qubada yaşayan bütün xalqlar Ali Baş Komandanın ətrafında sıx birləşib. Hər kəs mənsub olduğu torpağa layiq olmağa çalışır. Böyükli-kiçikli hamı qələbəyə yardım etməyə çalışır. Dağ kəndlərində yaşayan insanlar əsgərlərimizə yardım etmək üçün əlaqədar orqanlara müraciət edirlər.

İnanırıq ki, tezliklə işğal olunmuş torpaqlarımız düşmən tapdağından azad olunacaq! Yaşadığımız bu günlər isə şanlı tarix kimi gələcək nəsillərə çatdırılacaq. Ali Baş Komandan İlham Əliyevin dedyi kimi, "Biz haqlıyıq! Biz haqq yolundayıq! Qarabağ Azərbaycandır!”

 

 

Rəxşəndə BAYRAMOVA,

Quba Soyqırımı Memorial Kompleksinin direktoru,

 tarix üzrə fəlsəfə doktoru

Azərbaycan.-2020.- 3 oktyabr.- S.11.