Konstitusiya Məhkəməsi
Silahlı Qüvvələrə Yardım Fonduna
dəstək kampaniyasına qoşulub
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizə aparan ordumuza dəstək aksiyasına qoşulub.
AZƏRTAC
Konstitusiya Məhkəməsinin saytına istinadla xəbər
verir ki, Məhkəmə Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin hakimlərinin və Aparat əməkdaşlarının
əməkhaqlarından 100 min manat məbləğində vəsaitin
Silahlı Qüvvələrə Yardım Fonduna ianə
olunması barədə qərar qəbul edib.
Azərbaycan.-2020.- 3 oktyabr.- S.12.