Almaniya
Bundestaqının deputatları Ermənistanın növbəti
təxribatı ilə bağlı bəyanat yayıblar
Almaniya Bundestaqının hakim
Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı (CDU/CSU)
fraksiyasının deputatları – Xarici siyasət komitəsinin
üzvü, fraksiyanın Şərq Tərəfdaşlığı
üzrə məruzəçisi Nikolas Löbel və
Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvü Eberhard Qinqer
Ermənistanın növbəti təxribatı ilə
bağlı bəyanat yayıblar.
AZƏRTAC xəbər verir ki, bəyanatda
deyilir: "1990-cı illərdə Dağlıq Qarabağ
uğrunda hərbi əməliyyatlarda 20 mindən çox
insan həlak olub və bir milyon insan qaçqın,
köçkün düşüb. Bu müharibənin
gedişində Ermənistan silahlı qüvvələri Azərbaycanın
tərkib hissəsi olan Dağlıq Qarabağla yanaşı,
ətraf 7 rayonu da işğal edib. Azərbaycan ərazilərinin
işğalı BMT-nin Təhlükəsizlik
Şurasının 4 qətnaməsində (822, 853, 874 və
884 saylı) pislənilib.
Vurğulanır ki, beynəlxalq
ictimaiyyət hələ də Dağlıq Qarabağı Azərbaycanın
ayrılmaz tərkib hissəsi hesab edir. Almaniya və Avropa
İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllinin tərəfdarıdır. Onlar,
həmçinin "Dağlıq Qarabağ
respublikası”nın və bu rejimin keçirdiyi qondarma
"seçkiləri” tanımır.
Azərbaycan.-
2020.-4 oktyabr.- S.6.