Fövqəladə Hallar Nazirliyi düşmənin
təxribatları ilə əlaqədar əhaliyə
müraciət edib
Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN)
döyüş meydanında ordumuz tərəfindən məğlubiyyətə
uğradılan işğalçı Ermənistanın
müxtəlif çirkin təxribatlara əl atması ilə
bağlı bəyanat yayıb.
AZƏRTAC
xəbər verir ki, bəyanatda qeyd olunub: "Döyüş
meydanında ard-arda ciddi məğlubiyyətlərlə
üzləşərək işğal etdikləri Azərbaycan
torpaqlarını itirən Ermənistan tərəfi müxtəlif
dezinformasiyalara əl ataraq ölkəmizin əhalisi
arasında təşviş yaratmaqla vəziyyətdən
mümkün qədər çıxmağa
çalışır. Ermənilər cəbhəyanı
bölgələrdə yaşayan vətəndaşlarımızın
telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
adından həqiqətə uyğun olmayan məlumatlar
çatdıran zənglər edirlər. Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi qəti
şəkildə bəyan edir ki, bu zənglər heç bir
halda nazirlik tərəfindən edilməyib və belə
müraciətlər tərəfimizdən yayılmayıb.
Bu, erməni təbliğat aparatının növbəti
çirkin və uğursuz əməlidir.
Odur
ki, vətəndaşlarımıza bir daha müraciət edərək
belə zənglərə və ya
çağırışlara heç bir halda inanmamağa,
yalnız rəsmi dövlət qurumlarımızın məlumatlarına
etibar etməyə çağırırıq. Əmin edirik
ki, aidiyyəti dövlət qurumları, o cümlədən
Fövqəladə Hallar Nazirliyi əhalinin təhlükəsizliyinin
təmin edilməsi üçün bütün lazımi tədbirləri
görür. Oxşar zəng və ya məlumatlarla
rastlaşdıqda Fövqəladə Hallar Nazirliyinin 112 -
qaynar xəttinə müraciət edilməsi xahiş olunur”.
Azərbaycan.-2020.- 3 oktyabr.- S.9.