Böyük təşviş, qorxuköç

 

Ermənilər məğlubiyyətə və Qarabağdan qaçmalarına görə rəhbərlərini günahlandırırlar

 

Cəbhədə gedən döyüşlər Ermənistana getdikcə daha baha başa gəlməkdədir. Hər keçən gün işğalçı dövlətə hərbi, siyasi-diplomatikiqtisadi müstəvidə böyük zərbələr dəyir. Buna görə erməni ictimaiyyəti, sosial şəbəkə istifadəçiləri Paşinyandan hesab sorurlar.

Prezident İlham Əliyevin son günlərdə verdiyi açıqlamalar erməni mediasında da yayımlanır. KİV-də yer alan məlumatlardan da görünür ki, onlar ölkələrinin tam məhvə doğru getdiyi, Qarabağın tədricən itirildiyi barədə ortaq rəydədirlər.

 

"Azərbaycan əsgəri gəlib Şuşanı boş görəcək”

 

"İravnuk” qəzeti yazır ki, Azərbaycan Ordusu addım-addım Xankəndiyə yaxınlaşır: "Xankəndini vahimə bürüyüb. Hər gün minlərlə insan buranı tərk edir. Acı həqiqət olsa da, vurğulayaq ki, 30 ildən sonra Azərbaycan Qarabağa yenidən qayıtmağa çox yaxındır. Özübu məsələdə Azərbaycana dəstək verənlərin sayının artması Ermənistan üçün yaxşı heç nə vəd etmir. Ermənistanı

İlham Əliyev qarşısında kim məğlub duruma saldı? Çox təəssüf ki, Ermənistan Azərbaycana qarşı müharibədə uduzur, Paşinyan isə bu məsələ ilə bağlı hansısa ciddi mövqe ortaya qoya bilmir”.

"4rd.am” saytı yazır ki, əhali Xankəndidə, Şuşada təşviş içindədir. İnsanlar evlərini kütləvi şəkildə tərk edirlər: "Əhalinin əsasən üz tutduğu yer Yerevandır. Amma onların Ermənistana üz tutmasına əngəl yaradılır. Gedənlər postlarda saxlanılır. Henrix Aşotyan adlı sakinlə həmsöhbət olduq. Çox əzab, çətinlik çəkdiklərini bildirdilər. Zirzəmilərdə gizləndiklərini dedilər. Qohumunun təkidi ilə Yerevana köç etməyə hazırlaşdığını qeyd etdi. Hakimiyyətin və Qarabağ müharibəsi veteranlarının çağırışına baxmayaraq, gənclər orduya getmək istəmirlər. Onlar müxtəlif bəhanələrlə döyüşməkdən imtina edirlər. Təəssüf ki, bu gedişlə Azərbaycan əsgəri Şuşanı, Xankəndini gəlib boş görəcək”.

 

"Qarabağ tədricən boşalır”

 

"Joxovurd” qəzeti yazır ki, xalqın sevimlisi olmaq istəyən Nikol Paşinyan da Serj Sarkisyan kimi Azərbaycan və onun rəhbərliyi qarşısında acizdir:

"İlham Əliyev son bəyanatlarında Ermənistanla kifayət qədər sərt tonda danışır, açıq şəkildə bildirir ki, Ermənistanın sarsıdılması prosesi Qarabağ işğaldan azad olunmayana qədər davam etdiriləcək. Amma Paşinyan buna qarşı hansısa tutarlı cavab verə bilməyib. Yəqin məğlubiyyəti qəbul edib. Bu, daha təhlükəli və vahiməlidir. Hospitallar yaralılarla doludur, əsgər valideynləri çox narahatdırlar”.

Qeyd olunur ki, Azərbaycan istədiyinə daha sürətlə yaxınlaşır və bu səbəbdəndir ki, Bakı konkret niyyət və məqsədlər açıqlayır. Amma nəyə görəsə, Paşinyan bu məsələdə hələ də Azərbaycana tutarlı cavab verə bilmir və yəqin ki, verə də bilməyəcək: "Davam edən müharibədə itkilərimiz minlərlədir. Ən acınacaqlısı isə odur ki, Qarabağ tədricən boşalır”.

 

"Paşinyan kimi rəhbər üz qarasıdır”

 

"Panarmenian.net” saytı Qarabağdan hazırladığı reportajda Vardan Qasparyan adlı erməninin açıqlamalarını diqqətə çatdırıb. Hakimiyyətə od püskürən sakin açıq şəkildə deyir ki, Paşinyan niyə Ermənistanı lazımsız müharibəyə sürükləyir: "Paşinyan, Arutyunyan, Qarabağdakı bir çox ailənin adından sizə səslənirəm. Həll edin Qarabağ məsələsini, ölümlər olmasın. Çünki Azərbaycan Ordusu faktiki olaraq Ermənistanı əzir. Amma biz buna cavab verə bilmirik”.

Məqalədə Prezident İlham Əliyevin "Ermənistan Qarabağ məsələsində geri çəkilməsə, daha ağır zərbələr alacaqfikrini diqqətə çatdıran müəllif yazır ki, Paşinyan hökuməti buna qarşı hansısa əks-həmlə edə bilmir: "Paşinyan da Sarkisyanın yolu ilə gedir. Dövləti talamaqla, müharibə aparmaqla bəlkə də cibini doldurur. Paşinyan kimi cəsarətsiz rəhbər Ermənistanın üz qarasıdır”.

 

"Ölmək istəmirik”

 

"4rd.am” saytı Xankəndidə Arutyun Manukyan adlı müharibə iştirakçısının fikirlərini məqalə başlığına çıxarıb. "Diplomatik sferada İlham Əliyevə uduzursan, heçdemirik. Lakin cəbhədəki məğlubiyyət bizləri ciddi qorxudur, Paşinyan. Çarəsiz qalmışıq. Əldə etdiyim məlumatlara görə, bir neçə gün çəkməz, Azərbaycan Xankəndiyə çatar. Günahsız yerə ölmək istəmirik. Fərq göz qabağındadır”.

Bu arada Ermənistan tərəfində döyüşmək üçün Livandan yüzlərlə "ASALA” terrorçusunun gətirildiyi məlum olub. "Novaya qazeta”nın yazdığına görə, son günlər bu ölkədən 500-ə yaxın etnik erməni Dağlıq Qarabağdakı döyüş meydanına getmək üçün Livanı tərk edib.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2020.-4 oktyabr.- S.8.