Mehriban
Əliyeva: Bizim hər birimiz
Böyük Qələbə anını
yaxınlaşdırmaq üçün əlimizdən
gələni etməyə borcluyuq
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:
"Əziz həmvətənlər! Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır. Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik.
Bizim hər birimiz
Böyük Qələbə anını
yaxınlaşdırmaq üçün əlimizdən
gələni etməyə borcluyuq. Deməli,
biz hamımız erməni yalanını ifşa etmək üçün
maksimum səy göstərməyə borclu olan əsgərlərik.
Mən sizin hər birinizi
erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü
haqqında həqiqətləri bütün
mümkün platformalarda
beynəlxalq birliyə çatdırmağa
çağırıram! Azərbaycanı özünün
Vətəni hesab edən hər kəs səsini
ucaltmalı və ermənilərin yalanını təkzib etməlidir!
Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi
qorusun!".
Azərbaycan.-2020.- 6 oktyabr.- S.1.