El bir
olanda...
Bu gün
xalqımız bütün
umu-küsünü, fərqli
siyasi baxışları
kənara qoyaraq birləşmiş və vahid məqsəd - Qələbə uğrunda
bütün imkanlarını
səfərbər etmişdir. Hamı ayağa
qalxaraq işğal edilmiş torpaqlarımızın
erməni tapdağından
azad edilməsi uğrunda gedən Vətən müharibəsində
Ali Baş Komandan İlham Əliyevə və ordumuza güvəndiyini bəyan edir.
Mübaliğəsiz demək olar ki, bu birlik,
həmrəylik bəlkə
də heç vaxt elə səviyyədə
olmamışdır. 50 siyasi partiyanın yekdil fikrə gələrək imzaladığı
bəyanat bir daha onu göstərdi
ki, Vətən, torpaq, ərazi bütövlüyü məsələsi
ortaya gələndə
yumruq olmağı bacarırıq.
İndi bizim ölkə əhalisi bir neçə gün öncə düşmənin atdığı
top mərmisi nəticəsində
evi dağılan bir Ağdam sakininin dediyi "Yüz belə ev qurban olsun
bir Azərbaycan əsgərinin dırnağına”
düşüncəsi ilə
yaşayır, qələbəmiz
üçün bir iş görməyə, vətəndaşlıq borcunu
ortaya qoymağa səy göstərir. Tərəddüd, mənim-sənin psixologiyası aradan qalxıb. Kimi istifadə etdiyi
cəbhəyə yararlı
avtomobili, kimi ərzaq məhsulları, kimi də geyimlə
orduya kömək edir. Milli Müdafiə Fonduna vəsait köçürənlər
da az
deyil. Ən başlıcası isə, əli silah tutan hər
kəs cəbhəyə
getməyə, əsgərlərimizlə
birlikdə düşmənə
qarşı vuruşmağa
can atır. Bu məqsədlə onlar yerlərdəki Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin rayon şöbələrinə
müraciət edirlər.
Bu işdə
salyanlılar da ön sıradadır. Rayonda gənclər
arasında döyüş
əhvali-ruhiyyəsi çox
güclüdür. Salyan gəncləri
şəhidlərimizin qisasını
almaq, onların cəbhədəki yerlərini
boş qoymamaq üçün ordu sıralarına yazılırlar.
Belə bir deyim var: "El bir olsa, dağ
oynadar yerindən, güc bir olsa,
zərbi kərən sındırar”. Bu gün Azərbaycan Ordusunun vahid komandanlıq altında əks-hücuma
keçərək torpaqlarımızı
düşmən tapdağından
azad etməsi bir daha sübut
edir ki, böyük Qələbəni
yaxınlaşdıran səbəblərdən
biri də birlikdir!
Seyran CAVADOV,
Azərbaycan.- 2020.-4 oktyabr.- S.8.