Naftalan atəş altındadır

 

Düşmən cəbhəboyu ərazidə yerləşən yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Goranboy rayonlarının, eləcə də Naftalan şəhərinin bir sıra kəndlərinin intensiv atəşə tutulması nəticəsində dinc əhali arasında həlak olanyaralananlar var. Mülki obyektlərə ciddi ziyan dəyir.

Belə yaşayış məntəqələrindən biri də Naftalanın Qaşaltı Qaraqoyunlu kəndidir. Kənd bu günlər ağır artilleriyadan atəşə tutulmuşdur. Atılan mərmilərdən biri kənd sakini, 1951-ci il təvəllüdlü Elbruz Qurbanovun evinə düşmüş və nəticədə onun həyat yoldaşı Şəfayət Qurbanova, gəlini Afaq Əmirova, eləcə də iki nəvəsi - Fidan və Şəhriyar həlak olmuşlar.

Sonrakı günlərdə də kəndin atəşə tutulmasına ara verilməmişdir. Sentyabrın 28 və 29-da atılan 6 mərmidən 5-i boş ərazilərə, biri isə Qaşaltı sanatoriyasının yaxınlığına düşmüşdür. Bundan sonra düşmən daha da azğınlaşaraq şəhər ərazisini intensiv atəşə tutmağa başlamışdır. Belə atəşlərin biri yenə də bir nəfərin xəsarət alması ilə nəticələnmişdir. Şəhərin dairəvi yolunun kənarına düşən mərmi Qaşaltı Qaraqoyunlu kənd sakini 1965-ci il təvəllüdlü Şahvələd Əliyevə xəsarət yetirmişdir.

Düşmən artilleriya atəşlərini davam etdirmişdir. Həmin gün erməni ordusunun müxtəlif vaxtlarda atdığı 3 mərmi Qaşaltı Qaraqoyunlu kəndinə düşmüş, nəticədə iki nəfər kənd sakininin - Füzuli Bədəlovun Səmayə Babayevanın evinə ciddi ziyan dəymişdir. Həmin vaxt hər iki evdə ailə üzvləri olmadığından insan tələfatı olmamışdır.

Naftalan şəhərinin onun yaşayış məntəqələrinin Ermənistan ordusu tərəfindən atəşə tutulması davam edir. Lakin əhali bunun təxribat olduğunu yaxşı anlayır qorxmur. Naftalanlılar Azərbaycan Ordusuna inanır bilirlər ki, bu təhlükə müvəqqətidir. Çünki böyük Qələbəyə çox qalmayıb.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2020.-4 oktyabr.- S.8.