Dmitri Peskov: Rusiyanın Dağlıq
Qarabağdakı vəziyyətlə əlaqədar Azərbaycan
və Türkiyə ilə dialoqu yüksək
səviyyədə və daimi əsasda həyata
keçirilir
Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar Azərbaycan və Türkiyə ilə dialoqu yüksək səviyyədə və daimi əsasda həyata keçirilir.
AZƏRTAC
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat
katibi Dmitri Peskov bəyan edib.
Kremlin
nümayəndəsi əlavə edib ki, bu, prezidentlərin
iş qrafikinin münasibliyindən asılıdır.
“Bu, heç də o demək deyil ki, Rusiya tərəfi işgüzar əlaqələrdə hansısa kəsir hiss edir. Əksinə, RF XİN-in rəhbəri S.Lavrov Azərbaycan və Türkiyədən olan həmkarları ilə daim əlaqədə olur”, - deyə Kremlin nümayəndəsi bildirib.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi mövzusu üzrə Rusiya-Türkiyə və Rusiya-Azərbaycan dialoqu yüksək səviyyədə və daimi əsasda həyata keçirilir.
D.Peskov zərurət
yaranacağı halda Rusiya
Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti
İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan ilə Dağlıq Qarabağdakı vəziyyətlə
bağlı telefon
danışıqları aparacağını istisna
etməyib.
Azərbaycan.-2020.- 6 oktyabr.- S.2.