Azərbaycandakı
xarici hərbi attaşelər və beynəlxalq təşkilatların
nümayəndələri əməliyyat şəraiti
haqqında məlumatlandırılıb
Oktyabrın
5-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq
İdarəsi tərəfindən Azərbaycan
Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər
və beynəlxalq təşkilatların ölkəmizdəki
nümayəndələri üçün növbəti
brifinq verilib.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTACA-a bildiriblər ki, brifinq
iştirakçılarının diqqətinə işğal
olunmuş ərazilərdə həyata keçirilən əməliyyatların
gedişatı və azad olunmuş ərazilər, düşmən
qüvvələrinə vurulmuş ziyan barədə məlumat
verilib.
Bundan
əlavə qonaqlara təmas xəttindən xeyli uzaqda yerləşən
Azərbaycanın şəhər və rayonlarına
düşmənin raket və artilleriya zərbələri
endirməsi barədə də ətraflı məlumat
çatdırılıb.
Düşmənin
açdığı atəş zərbələri nəticəsində
dinc əhali və mülki infrastruktura dəyən ziyan, eləcə
də düşmən ordusunun öz hərbi
qulluqçularına qarşı göstərdiyi qeyri-insani
münasibət və hərəkətlər barədə
faktlar da diqqətə çatdırılıb.
Azərbaycan.-2020.- 6 oktyabr.- S.2.